{category-title}

Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı — ŞOK İDDİA - VİDEO

 

 

Gülərüz və sevgi dolu biri idi. Hələ həyata doğru ilk addımlarını atırdı. Lakin baş verən bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yumdu həyata - qoxladığı güllər kimi ağ və təmiz olan Firuzə.
APA TV olaraq hadisə yerinə getdiyimizdə qonşuların dəhşətli ittihamlarını eşitdik: "Bu paltarlar da uşağın paltarlarıdır. Uşaq çox mərifətli, qanacaqlı uşaq idi. Elə axşamacan bu həyətdə öz-özünə gəzirdi o tərəf-bu tərəfə. Yəni baxımsız bir uşaq idi. Yeməyini də ki, qonum-qonşuda yeyirdi. Yəni baxılmırdı uşağa. Ev də bu vəziyyətdə. Valideyn baxmırdı. Axırda da uşaq evin içində tələf oldu getdi".

Mənzildə tək olan Firuzə Ələkbərova yanğın zamanı dünyasını dəyişdi. Cəmi 11 yaşı vardı. Yaşıdları oxumaq eşqi ilə yananda, o, dörd divar arasında yandı:

 

"Hadisə ötən gün axşam saatlarında gördüyünüz bu 30 kv. metrlik ərazidə baş verib. Hadisə şahidlərinin - yəni, qonşuların bildirdiyinə görə, qız yanğın baş verən vaxtı evdə yatmış vəziyyətdə olub. Elə onun meyitini çıxaranda da necə yatmış vəziyyətdə idisə, o cür də çıxarıblar".

Yanğın paytaxtın Binəqədi rayonu, Söyüdlər yaşayış massivi, 6-cı məhəllədə baş verib. Birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyyatı zamanı Firuzənin yanmış meyiti aşkar olunub.

Qonşular deyir ki, uşağın bu vəziyyətə düşməsinin əsas səbəbi anasının məsuliyyətsizliyi və onu evdə tək qoymasıdır:

"Saat haradasa 2-yə qalmış 10 dəqiqə mən ayıldım yuxudan, gördüm şifer partlayır. Çıxdım FHN-ə zəng eləməyə, uşaqlar FHN-ə zəng vurdular. Qaçdım ki, xətti kəsim. FHN gəldi, söndürdü. Uşaq da evdə tək olub. Elə bilirdim qonşudadır. Qonşuya qaçdıq, soruşduq, dedilər bizdə deyil. Gəldik, gördük uşaq yanıb içəridə, kül olub. Ayaqları yanmışdı, bir dənə qarın hissəsi qalmışdı".
"Uşağını hər gecə yiyəsiz qoyurdu. Çıxıb gedirdi öz kefinə. Nə vaxtsa - 3 gün tez, 5 gün gec, bu ev yanmalı idi. Nə isə bir hadisə baş verməli idi. Çünki sahibsiz evdə yetkinlik yaşına çatmayan bir uşağı yiyəsiz qoyanda necə olmalı idi? Yiyəsiz evdə yüz faiz belə olacaqdı".

Məsələ ilə bağlı əvvəlcə anası Zəminə Allahverdiyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonunu söndürdüyünə görə danışmaq mümkün olmadı. Daha sonra atası ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənginə Firuzənin əmisi cavab verdi.

Mərhumun bibisi və nənəsi iddia edir ki, bu hadisə qəsdən edilib, Firuzə öldürülüb.

Əmisinin dediyinə görə, bir ay bundan öncə Firuzə atasına zəng edərək, onu aparmasını istəyib.

Faktla bağlı araşdırma davam edir.

 

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər