{category-title}
Gündəm / Kriminal
10.09.2019, 11:14
Bakıda faciə - 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü
Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.
Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.