{category-title}
Gündəm / Cəmiyyət
19.09.2019, 17:03
Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi
Sentyabrın 18-də saat 11:00 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb.
Onlar İmişli RPŞ-yə təhvil veriliblər.
Araşdırma aparılır.