{category-title}

Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq

 

Yaxın günlərdə Azərbaycanda pambıq yığımına başlanacaq. Son illərdə müxtəlif müzakirələrə, mübahisələrə yol açan bu prosesə cari ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi hazırlıq tədbirləri həyata keçirilməkdədir.
Nazirliyin yaydığı rəsmi məlumatdan aydın olur ki, bu il Azərbaycanda pambıq əkinlərinin sahəsi keçən ilkindən xeyli azdır. Belə ki, ötən il 30-a yaxın rayonda 132 min hektardan çox ərazidə pambıq əkilmişdisə, bu il 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib. Bu azalmanı KTN əkinlərin iqlim və torpaq şəraiti imkan verən rayonlarda aparılması, həmçinin məhsuldarlığın artırılması ilə izah edir. Qeyd edək ki, əkilən sahələrin 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur.
KTN “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovun verdiyi məlumata görə, cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsilə yığım həyata keçiriləcək.
Eyni zamanda pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsilə 100 000 hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq”.
Cəmiyyətin sədri əlavə edib ki, yığım prosesi ilə yanaşı, məhsulun daşınması da vacib amillərdəndir. Bunun üçün “Aqrolizinq” ASC  tərəfindən 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu vasitəsi ilə yığılmış pambığın operativ şəkildə itkisiz daşınması həyata keçiriləcək: “Pambıqçılıqla məşğul olan fermerlər cəmiyyətimizin xidmətlərindən yüksək səviyyədə yararlanmaları üçün məlumatlandırılıblar. Onlar bizə müraciət etməklə xidmətlərimizdən faydalana bilərlər”.
Xatırladaq ki, son illərdə pambıq yığımı gec başa çatdığına görə ciddi müzakirələrə səbəb olur. Belə ki, yığım prosesi dekabr-yanvar aylarına qədər davam edir. Bu isə toplanılan məhsulun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Buna görə də 2018-ci ilin əvvəlində ölkə rəhbərliyi tərəfindən ölkəyə pambıq yığan kombaynların gətirilməsi üçün “Aqrolizinq” ASC-yə irihəcmli vəsaitlər ayrılıb. Nəticədə ötən il “Aqrolizinq” vasitəsilə ölkəyə 100 ədəd pambıqyığan kombayn gətirilib. Ötən ildən bəri daha 28 kombayn “Azərpambıq” MMC tərəfindən əldə edilib.
“Aqrolizinq” ASC-dən “Yeni Müsavat”a verilən məlumata görə, pambıq yığımının qış aylarına qədər yubanmasının əsas səbəbi texnika çatışmazlığı deyil, daha çox hava şəraitidir: “Respublikamızda pambığın vaxtında və keyfiyyətlə yığılıb təhvil verilməsinin müddəti hava şəraitindən asılı olaraq dəyişə bilər. Belə ki, əgər cari ildə hava şəraiti əlverişli keçərsə, mövcud texnikalardan istifadə etməklə, pambıq yığımını noyabrın 15-nə qədər başa çatdırmaq mümkündür. Əgər ötən illərdə olduğu kimi, hava şəraiti əlverişsiz olarsa, yığım dekabr ayına qədər uzana bilər. Bununla belə, həm ”Aqrolizinq" ASC, həm də hüquqi şəxslər vahid koordinasiyalı şəkildə istifadələrində olan 411 ədəd kombayndan, rayon bölmələrimizin istifadəsində olan 125 ədəd “Belarus-80X” tipli traktordan və 220 ədəd qoşqudan maksimum yararlanmaqla, yığımı nəzərdə tutulmuş optimal müddət ərzində başa çatdırmağı planlaşdırır".
Onu da qeyd edək ki, Azərbaycan pambıq mahlıcı və pambıq ipliyinin ixracını getdikcə artırır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyulunda xaricə 83 milyon 104.32 min dollarlıq pambıq mahlıcı satılıb. Bu dövrdə xarici ölkələrə daha 17 milyon 330.32 min dollarlıq pambıq ipliyi ixrac edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac olunmuş pambıq mahlıcının dəyəri 45 milyon 198.14 min dollar, pambıq ipliyinin dəyəri isə 12 milyon 422.07 min dollar təşkil etmişdi.

Son xəbərlər

Tovuzda qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb...

Çinlə ABŞ arasında görüşlərin ikinci mərhələsi başlayıb

Fernandu Santuş: "İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək"

Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir

Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

Həftəsonu Los-Ancelesdə 56 etirazçı saxlanılıb

Həftəsonu Bakıda və regionlarda 5 avtomat və digər silah-sursat aşkar edilib

Dünya bazarlarında neft ucuzlaşıb

Naxçıvanda kütləvi zəhərlənmə olub

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin növbəti oyunları keçiriləcək

Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

Masallının 6 kəndində qaz kəsiləcək

Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb

Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib

Şamaxı və Xızıda zəlzələ olub

Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib

Şeyxülislam: II Qareginlə görüşməyi özümə yaraşdırmıram

Təzəpir məscidində bayram namazı qılınıb

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

Sabahdan Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Ararat Mirzoyan: 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməmişik

Putin və Tramp görüş barədə razılığa gələ bilməyib

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Bütün xəbərlər