{category-title}

Yas mərasimində YENİLİK: Ölü yerində də tort? - Din xadimi QINADI

 Bir neçə gündür ki, sosial şəbəkədə üstünə “Allah rəhmət eləsin” yazılmış tort şəkli paylaşılır. İddia olunur ki, bu, yas mərasimlərindən birində çəkilmiş fotoşəkildir.

Bu paylaşım insanların böyük qınağına səbəb olub. Hətta bəziləri bu şəkilə “şamı da mərhum üfürəcək”, “ölən adamın şirinliyidir?” tipli ironiyalı rəy bildiriblər.

Bir qayda olaraq, yas mərasimindəki ehsan süfrələrində halva, qoğal, xurma, turşməzə konfet kimi şirniyyat növləri qoyulur. Baxmayaraq ki, bunu da düzgün hesab etməyənlər az deyil. Bəs belə olan halda yas məclisində tort bişirilməsi, üzərinə “Allah rəhmət eləsin” yazılması nə dərəcədə düzgündür?

Geniş müzakirəyə səbəb olan və etirazla qarşılanan bu hal dində günahdırmı? Ölüyə tort bişirmək olarmı?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az-a danışıb.

Din xadimi deyib ki, İslamda bu kimi məsələ ilə bağlı hər hansı bir hökm və ya göstəriş yoxdur:

“Dində bu barədə qadağa olmasa da, yas mərasimlərinin özünəməxsus, yüz illərlə formalaşmış qayda-qanunları var. Əgər insanlar tort bişirməyə gülüş obyekti kimi səthi yanaşırlarsa, bunu edən adamlar həmin əməldən çəkinsələr, daha yaxşı olar. Çünki tort bişirilməsi yas mərasiminə qarşı ikrah hissi yaradır və həmin məclis öz məğzindən çıxaraq, gülüş obyektinə çevrilir. Mən şəxsən bu cür halları məqsədəuyğun hesab etmirəm.
Ümumiyyətlə, bu kimi məslələrdə din qəti göstərişlər vermir, məsələni insanların öz öhdəliyinə buraxır. İnsanlar da ağılları ilə düşünüb doğru-düzgün qərar versinlər. Dinimiz ümumi olaraq deyir ki, insanlar çalışsınlar barmaqla göstəriləcək bir hərəkət etməsinlər ki, kimlərəsə özlərini güldürməsinlər. Bu cür qaydalardan çıxış edərək, insanlar müəyyənləşdirməlidirlər ki, hansı addımı atmaq olar, hansını yox”.

Son xəbərlər

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Bütün xəbərlər