{category-title}

Politoloq: "Sorosun ideologiyasını yeridən gənclər təşkilatları dövlətlərə təzyiq aləti kimi yaradılır"

 

"Soros Fondunun əsas rəhbər tutduğu "açıq cəmiyyət" ideyası dünyanı öz hökmranlıqları altında birləşdirməyi, ümumdünya hökumət qurmağı hədəfləyən qlobalistlər tərəfindən ortaya atılıb".

Bunu "Report"a "Beynəlxalq Avrasiya Hərəkatı" (İEM) qeyri-hökumət təşkilatının sədr müavini, rusiyalı politoloq Valeri Korovin deyib. O, qlobalistlərin önündəki başlıca əngəlin milli dövlət və hökumətlərin olduğunu söyləyib.

Rusiyalı politoloq Valeri Korovin

"Bu cür hökumətlərə qarşı təbii yolla yox, sırf qlobalist dairələrin fitvası, yaxından maliyyə, inzibati, siyasi iştirakı ilə qızışdırılan, qlobalist texnoloqlar tərəfindən yönləndirilən etiraz aksiyaları təşkil edilir".

"Ona görə də çox vaxt qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər devrilir. Bu cür hökumətlərə qarşı təbii yolla yox, sırf qlobalist dairələrin fitvası, yaxından maliyyə, inzibati, siyasi iştirakı ilə qızışdırılan, qlobalist texnoloqlar tərəfindən yönləndirilən etiraz aksiyaları təşkil edilir. Yəni insan hüquqları və azadlıqları, demokratiya kimi bütün qlobalist cəfəngiyyatları əlində bayraq edib küçələrə çıxan nümayışçilər mütləq qlobalistlərin iradəsini ifadə edirlər. Burada azadlığa, demokratiyaya, insan hüquqlarına dəxli olmayan siyasi texnologiyaların işə salındığını görürük", – politoloq vurğulayıb.

Politoloq: "Sorosun ideologiyasını yeridən gənclər təşkilatları dövlətlərə təzyiq aləti kimi yaradılır"Məşhur amerikalı sahibkar Corc Sorosun qloballaşma proseslərindəki yeri və rolu barədə danışan İEH sədrinin müavini onun "açıq cəmiyyət" konsepsiyasının banisi, qlobalistlərin "müqəddəs kitabı" saydıqları "Açıq cəmiyyət və onun düşmənləri" əsərinin müəllifi Karl Popperin fikirlərini yaydığını, "açıq cəmiyyət" nəzəriyyəsini həyata keçirməkdə texniki vasitəçilik edən transmilli təşkilat və şirkətlərlə çalışdığını bildirib: "Sorossuz həmin ideya bu dərəcədə təkmil, səmərəli deyildi və bu qədər intişar tapmamışdı".

İndiki dövrdə qlobalist hərəkatına gənclərin sürətlə cəlb olunduğunu diqqətə çatdıran V.Korovin Corc Sorosun ideologiyasını, mənafelərini yeridən gənclər təşkilatlarının müəyyən məqsədlərə çatmaq üçün dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi yaradıldığını bildirib: "Hər şeyin mənasını, mahiyyətini dərk etməyə can atan gənclər toplumun ən hərəkətli, pasionar təbəqəsi olduğuna görə yeni gördükləri bu fikirləri də həyata keçirməyə çalışırlar".

Rusiyalı politoloq Valeri Korovin

"Öz fikirlərini yaymağa çalışan qlobalistlər onlara zidd olan bütün başqa fikirləri rədd edir, onları mənfi şəkildə təqdim edirlər".

Politoloqun fikrincə, öz fikirlərini yaymağa çalışan qlobalistlər onlara zidd olan bütün başqa fikirləri rədd edir, onları mənfi şəkildə təqdim edirlər: "Qlobalizmdən kənar nə varsa, pisdir. Açıq olmayan nə varsa, qapalıdır. İnsan hüquqları yoxdursa, diktatura var, totalitarizm var. Təcrübəsiz gənclər də bu kimi "qabaqcıl" don geyindirilən şüarlara tez aldanaraq onlara uyur, qlobalistlərin dalınca gedirlər".

Politoloq: "Sorosun ideologiyasını yeridən gənclər təşkilatları dövlətlərə təzyiq aləti kimi yaradılır"Qlobalistlərin idarə edəcəyi dünya qurmaq kimi başlıca hədəflə yanaşı, məhəlli miqyasda da siyasi, maliyyə, xammal hasilatı, təhlükəsizliklə bağlı hədəflərin də qarşıya qoyulduğunu qeyd edən politoloq yaxın onilliklər ərzindəki mübarizədə qlobalistlərin qələbə çalacağını, yoxsa qloballaşma əleyhdarlarının yerli mədəni, siyasi, dini ənənələrə əsaslanan müxtəlifliyi qoruyub xilas edəcəyinin bəlli olacağını deyib.

"Qloballaşmanın alternativi çoxqütblü, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yanaşı yaşadığı, mürəkkəb mənalarla dolu, bəsitləşməmiş, korşalmamış, yəni robotların yox, insanların məskunlaşdığı həqiqi, ilkin dünyadır", – V.Korovin vurğulayıb.

Son xəbərlər

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər