{category-title}

Vahid Rzayev: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür

 

Bu gün Azərbaycanın birinci xanımının ad günüdür. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, siyasi-ictimai-mədəni fəaliyyətində uğurlar arzulayırıq.

 

Mehriban xanım Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ocağında - Azərbaycanın görkəmli alimlərinin ailəsində anadan olub. Atası AMEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır. Akademik Arif Paşayevin atası məşhur yazıçı, çağdaş Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin yaradıcısı, ədəbiyyatşünas və ədəbi tənqidçilərin böyük bir nəslini yetişdirmiş Mir Cəlal Paşayev idi. Görkəmli şərqşünas Aida İmanquliyeva isə tanınmış jurnalist Nəsir İmanquliyevin qızıdır.

Mehriban xanım Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirərək Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda (1988-1992) işləyib.

1983-cü il dekabrın 22-də Mehriban xanım Azərbaycanın gələcək prezidenti İlham Heydər oğlu Əliyevlə ailə həyatı qurub. Azərbaycanın birinci ailəsində 1985-ci ildə Leyla, 1988-ci ildə Arzu və 1997-ci ildəsə ulu öndərin adı verilən Heydər dünyaya gözlərini açmışlar. Mikayıl və Əli adında iki nəvəsi var.

2002-ci ildən birinci xanım Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Məhz onun nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası bədii gimnastika üzrə dalbadal iki il (2003-2004) Dünya Kuboku yarışlarını və 2005-ci ildə dünya çempionatını Azərbaycanda keçirib.

2004-cü ildə YUNESKO-nun, iki il sonrasa İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülən birinci xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alan və Milli Məclisin üzvü seçilən Mehriban xanım Əliyeva həmin ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" adına layiq görülüb.

Birinci xanım Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına (ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə), genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb. Bundan başqa, o, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva ölkəmizin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib. Birinci xanım Heydər Əliyev Fonduna açıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir.

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətini, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə gördüyü işləri, humanitar missiyasını yalnız "birinci xanım" kontekstində dəyərləndirmək ədalətsizlik olardı. Hər halda, onun fəaliyyət dairəsi elə zəngin, çoxşaxəli və genişmiqyaslıdır ki, digər "first lady"lərlə (först ledi/birinci xanım) çətin ki, müqayisə etmək mümkün olsun.

Adətən, dövlət başçılarının xanımlarının əksəriyyəti daha çox ictimai fəaliyyətə, xeyriyyəçiliyə meyl edir, bəziləri isə siyasətdə boy göstərməyə çalışır.

Mehriban Əliyevanın timsalındasa birinci xanım statusu ənənəvi çərçivəyə sığmır. Azərbaycanın birinci xanımı bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir. Digər tərəfdənsə, o, Heydər Əliyev Fondunun rəhbəri kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir. Bundan başqa, Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir, qadın hüquqlarının müdafiəsini daima ön planda saxlayır. Təbii ki, Heydər Əliyev Fondunun əsas prioriteti həm də Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını beynəlxalq miqyasda təqdim etməkdir.

Hüquqları pozulan, hansısa istəyi olan sıravi azərbaycanlı üçün Mehriban xanım ümid, pənah yeridir. Birinci xanım himayəsini kimsədən əsirgəmir: kimsəsizlərə, xəstə uşaqlara yardımdan, Qocalar evlərinə qayğıdan tutmuş amnistiya aktlarının verilməsinədək Mehriban xanımın müəllifi olduğu saysız-hesabsız humanitar aksiyaları, layihələri, təşkilatçısı olduğu tədbirləri sadalamağa qəzet səhifəsi yetməz. Unutmayaq ki, o, mədəniyyətimizin də himayədarıdır. Məhz birinci xanımın bilavasitə himayəsi muğam sənətinin inkişafı yolunda yeni üfüqlər açdı, Azərbaycan muğamının təbliği sahəsində böyük işlər görüldü və nəhayət, musiqimizin bu incisi YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil oldu.

Bir sözlə, Azərbaycan naminə tükənməz çalışmaları, beynəlxalq aləmdəki nüfuzu fonunda Azərbaycanın birinci xanımının siyasi-ictimai-mənəvi portretində "hami", "himayədar" obrazı da ön plana çıxır.

Bir daha Mehriban xanımı təbrik edir, ona müqəddəs və nəcib missiyasında uğurlar arzulayırıq.

 

Vahid Rzayev

 

Qarabağ Aqrar Sənaye Parkı Kompleksin rəhbəri 

Son xəbərlər

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart soyqırımından 108 il ötür

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Bu xəstəxanaya baş həkim təyin edildi

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Bütün xəbərlər