{category-title}

Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub

 

Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, avqustun 18-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Beynəlxalq Kulinariya Günü (Ravintolapäivä) münasibətilə böyük tədbir təşkil olunub. Bu ilki Beynəlxaq Kulinariya Günündə Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Azərbaycan Diasporunun nümayəndələri də fəal iştirak edib.

Hər il dünyanın bir çox ölkəsində qeyd olunan Beynəlxalq Kulinariya Günü İldən ilə iştirakçı sayının artması ilə gündəmdə vacib yer tutur. Bu il də ənənəvi olaraq Finlandiyada paytaxt Heslinki şəhəri daxil olmaqla ölkənin bir neçə böyük şəhərlərində Beynəlxalq Kulinariya Günü qeyd olunub.

Helsinkinin Hakaniemi rayonunda təşkil olunan tədbirdə Finlandiyada yaşayan azərbaycanlı ailələr xalqımızın zəngin milli mətbəxinin təamlarını yerli ictimaiyyətə tanıtmaq məqsədi ilə bu il ciddi hazırlıqlar görüb. Belə ki, burada milli mətbəximizin müxtəlif təamları ilə yanaşı milli şiriniyyatlarımız təqdim edilib. Bundan başqa diaspor fəalları yerli ictimaiyyətin nümayəndələrini maraqlandıran suallara cavab verərək onları ölkəmiz haqqında ətraflı məlumatlandırıb.

Qeyd etmək lazımdır ki, milli mətbəximiz yerli ictimaiyyət nümayəndələri, həmçinin tədbirdə iştirak edən turistlər tərəfindən böyük maraqla qarşılanıb. İlk dəfə Azərbaycan milli mətbəxi ilə tanış olan finlilər milli mətbəximizin ləziz təamlarının dadına baxmaqla yanaşı onların hazırlanma qaydaları haqqında da məlumat alıb.

 

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər