{category-title}

Bankda krediti olanlar, DİQQƏT! - Faiz dərəcəsi...

 

Son zamanlar bank sektorunda müəyyən sabitləşmə müşahidə olunur.

Lakin buna baxmayaraq, bank sektorunda mövcud olan bir sıra problemlər hələ də həllini tapmayıb. Bu problemlərdən biri də biznes kreditlərində artımın müşahidə olunmamasıdır. Hətta Prezident İlham Əliyev ötən gün sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə də mövcud vəziyyətdə bank sektorunda əhəmiyyətli likvidlik olsa da,  biznes kreditlərinin artmadığını vurğulayıb.

Biznes kreditlərində artımın baş verməməsinə hansı amillər əngəl törədir və çıxış yolu nədir?

İqtisadçı-ekspert Rəşad Həsənov Redaktor.az-a açıqlamasında bildirib ki,  problemli kreditlərin həlli ilə bağlı yeni mexanizm tətbiq olunandan sonra, likvidlik daha da artdı:

“Bu problem uzun müddətdir ki, mövcuddur. Əslində banklar likvid vəsaitləri iqtisadiyyatda yerləşdirməlidir. Çünki likvid vəsaitlər bank üçün əlavə yük formalaşdırır. Bankın funksiyası bu vəsaitlərin idarə olunması və gəlirin əldə edilməsindən ibarətdir. Yəni, indiki şərait bank fəaliyyətinin fəlsəfəsinə zidd situasiyadır.

Hazırki şəraitdə banklar daha liberal və yumşaq pul-kredit siyasəti həyata keçirə bilmirlər

2015-ci il təcrübəsi göstərdi ki, indiki halda banklar daha etibarlı və sərt pul-kredit siyasəti həyata keçirməlidirlər. Digər tərəfdən, biznesin əksər subyektləri fundamental səbəblərdən dolayı məlum müddət ərzində sınaqdan çıxa bilmədilər. Nəticədə müştərilərin böyük əksəriyyəti problemli müştəri kateqoriyasına daxil olub. Problemli müştərinin isə banklardan kredit cəlb etmək imkanı məhdudlaşır.

İqtisadiyyatda risklər hələ də qalmaqdadır

Son 3 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində müxtəlif mexanizmlər hazırlanıb. Lakin bu mexanizmlərin təsirləri hələlik çox zəifdir. Ona görə də tələb aşağı düşüb və biznes gözlənilən dinamika ilə inkişaf etmir. Bu məsələdə faizlərin təsiri də danılmaz faktdır. Mənfəət norması azalıb və artıq biznes əvvəlki dövrlərdə olduğu kimi, ilə 70-80% mənfəət norması ilə  fəaliyyət göstərmir. Hazırda mənfəət norması təxminən 30-35 faizə düşüb. Bu şərtlər daxilində 20-30 faizlə kredit cəlb edilməsi biznesin özü üçün də maraqlı deyil.  Eyni zamanda 2015-ci ildə problemlərin üzə çıxması fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlərin verilməsi prosedurunu nisbətən çətinləşdirib. Burada əsas məqsəd toksid aktivlərinin yaranması prosesinin qarşısını almaqdır. Lakin bu addım kreditlərin verilməsinə mənfi təsir göstərir.

Likvid aktivlərin çoxalması fonunda bankların kredit faizlərini aşağı salaraq, öz vəsaitlərini iqtisadiyyatda yerləşdirmək istəməməsinin səbəbi nədir?

Birincisi, banklar həmin vəsaitləri yerləşdirmək üçün hansısa böyük müştəri bazasına və iqtisadiyyata malik deyillər. İkincisi, hazırkı şərtlər daxilində vəsaitlərin cəlb olunmasına sərf olunan xərclərlə bağlıdır. Çünki bankların cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi məhz vətəndaşlara bağlıdır. Mərkəzləşdirilmiş kreditlər isə çox azdır. Bankların vətəndaşdan cəlb etdiyi vəsaitin orta illik faiz dərəcəsi 10% ətrafında dəyişir. Vəsaitlərin üzərinə infilyasiya riskləri və marjanın əlavə olunması faizlərin aşağı düşməsinə mane olur. Ona görə də banklar aşağı pul-kredit siyasəti həyata keçirmir. Verilən kreditlərin geri qaytarılması ilə bağlı risklər də  kredit faizlərinin aşağı düşməsinə əngəl törədir. Riskin yüksək olması kredit faizlərinə də təsir edir. Bu isə bank kreditlərinin aşağı düşməsinə və sərt pul siyasəti həyata keçirilməsinə yol açır”.

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər