{category-title}

“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir? - "Biz bir ay işləyə bilməmişik..."

 Paytaxtın Bakıxanov qəsəbəsində 8 binanın alkaponlarının sökülməsi obyektlərin bazarını “öldürüb”. “Yeni Müsavat” xəbər verir ki, “Uğur-2" yaşayış kompleksində iki aydan çoxdur fasadların üzlüklərinin sökülməsi və təmir işləri gedir. Bununla əlaqədar binaların altındakı mağazalar müştəri üzünə həsrət qalıblar.

Təhlükəsizlik tədbirlərinə görə binaların giriş-çıxışları məhdudlaşdırılıb, “fanerka” (dikt) ilə əhatələnib, dükanların qarşısı tam bağlanıb.

Bu da öz növbəsində obyektlərin alverini zəiflədib. Ancaq ticarətçiləri narazı salan təmir işləri deyil, “Uğur - 2" yaşayış kompleksidə yaradılan bir MMC-nin obyektlərin aylıq icarəsində güzəşt etməməsidir. Sahibkarlar qeyd edirlər ki, şirkət ticarətçilərin vəziyyətini nəzərə almalıydı: “Biz bir ay işləyə bilməmişik. Buna görə bir qəpik də yer pulu verməməliydik. Biz neçə dəfə xahiş elədik ki, arendanın məbləğində güzəşt edin, dedilər müraciətə baxılacaq, amma nəzərə almadılar. Əgər sən təmir işlərinə başlamısansa və mən sənin ucbatından öz gəlirlərimdən olmuşamsa, ən azı icarə haqqında hesablanmalıdır, heç olmasa yarısı verilməlidir”.

Sahibkarların sözlərinə görə, hər tərəf taxtalarla bağlanıb, dükanlar görünmür, müştəriyə həsrət qalıblar: “Burada kimisi ayda 400, kimisi 600 manat arenda verir. Biz də evimizə çörək aparırıq. Gözümüzü bu dükanlara dikmişik. Alver olmayandan sonra mən necə dolanım? Biz neçə dəfə dedik ki, siz gərək yer pulunda güzəşt edəsiniz. Amma nəzərə almadılar”.

Bu binaların altında xeyli sayda mağazalar fəaliyyət göstərir. Kompleksin içinə açılan dükanlar da var, magistrala baxan obyektlər də. Amma alkapon söküntüsü bütün işləri korlayıb. Ticarətçilər isə ziyanla işləməkdədirlər. Yeri gəlmişkən, obyekt sahibləri qədər sakinlər də narazıdırlar. Bir tərəfdən iş ləng gedir, bir yandan da binaların liftləri düz-əməlli işləmir, bərbad gündədir, bloklarda hər mərtəbədə balkon qapıları olmalıdır, çoxusunda yoxdur. Bəzi mərtəbələrdə sakinlər yığışıb öz cibindən pul qoyub qapı alıblar, divarlara emosiya çəkdiriblər, döşəməyə metlax düzdürüblər.

Amma bunu sakinlər deyil, “Uğur-2" eləməlidir. Sakinlər soruşurlar ki, liftlər nə zaman normal işləyəcək. Hər binada 3 lift var, biri mütləq bağlanır, 19 mərtəbəli binanın camaatı 2 liftin ümidinə qalır. O liftlər də həftədə 2 dəfə xarab olmalıdır. Çünki əsaslı təmir edilmir.

Onu da deyək ki, Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzindəki yanğın binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsi ilə bağlı hərəkətlənməyə səbəb olub. Çünki alkapon üzlük tezalışan materialdır və nə vaxtsa qarşısıalınmaz bir faciəyə səbəb ola bilərdi.

“Diqlas” Ticarət Mərkəzinin yanması, ətrafdakı alkapon üzlüklü obyektlərin külə dönməsi “Uğur-2" ilə bağlı real addım atmağa vadar edib. 2000-dən çox sakinin yaşadığı 20 mərtəbəli 8 binanın bütün alkaponları söküləcək.

8 binanın bir-bir alkaponlardan azad edilməsi xeyli vaxt alacaq. Onlar ümid edirlər ki, sentyabra qədər söküntü işlərini yekunlaşdıracaqlar. Amma bu iş o qədər də asan görünmür və ilin sonuna kimi uzanacağı istisna edilmir. Bundan sonra binaların fasadlarının hansı materialdan olacağına hələ qərar verilməyib.

Bəzi versiyalara görə, əvvəlki qaydada fasadlar rənglənəcək. Lakin başqa üzlüklərin vurulması da nəzərdən keçirilir. Bildirilir ki, alkaponlar söküldükdən sonra mənzillərin çıxarışları (kupça - E.S.) sakinlərə paylanacaq. Hətta iddialar var ki, alkaponların sökülməsi şərt kimi qarşıya qoyulub, yalnız bu halda “kupça”lar şirkətə verilə bilər.

Bu qərar isə sakinlərin ürəyincədir. Onlar deyirlər ki, həm çıxarışların verilməsi prosesi sürətlənəcək, həm də təhlükəsizlik tədbirləri görülür.

Sakinlər bildirirlər ki, bu alkaponlar binalara xüsusi yaraşıq versə də, əsas məsələ insanların təhlükəsizliyidir.

Qeyd edək ki, 2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş məşum yanğın hadisəsində böyük itkilərin olması da məhz çoxmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi. İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə, binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb. Binanın üzlük materialında başlayan yanğın bir anın içində böyük bir ərazini əhatə edib, sakinlərin bir hissəsi binadan çıxmağa imkan tapmayıblar.

2015-ci ildəki məşum olaydan 3 il 10 ay sonra Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzi az bir müddətdə alışıb kül oldu. Olaydan sonra yenə də məlum oldu ki, binanın kibrit çöpü kimi bir anın içində yanıb külə dönməsinin səbəbi üzlük materialdır.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər