{category-title}

Fazil Məmmədovdan radikal qərarlar: - bütün rəhbərliyi işdən çıxardı, qardaşı qızına vəzifə verdi

 Dəfələrlə qeyd etdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.

Lakin sabiq nazirin bankda vəziyyəti düzəldəcəyini vəd etsə də, buna heç cür nail ola bilmədiyi xəbər verilirdi. “AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan yeni məlumata görə, Fazil Məmmədov, nəhayət, səhhətindəki ciddi problemlərə baxmayaraq, dünən şəxsən özü “AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub.

Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. Eyni zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.

Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin konfiliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar vermişdik. Son dəyişikliklər həmin məlumatları təsdiqləmiş oldu.

Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyindəyüksək peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların olmadığı bildirilir.

Fazil Məmmədovun şəxsən banka gələrək, kadr dəyişikliyi etməsi də bir mənalı qarşılanmır. Məlum idi ki, bank barədə kompleks araşdırmalar həyata keçirilib. Bunun nəticəsi olaraq, bankın vəziyyətinin düzəldilməsi eks nazirdən tələb olunub. Bu isə ağır xəstəliyinin olmasına baxmayaraq, Fazil Məmmədovu müəyyən qərarlar qəbul etmyə vadar edib.

Lakin hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

“AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişiliklərin olduğunu FED.az-a təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat verilməyib.Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama veriləcək.
 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər