{category-title}

“Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - Müraciət

 “Mediada dəfələrlə əvvəllər adı “Evrostroy”MTK olan və sonradan “Sipark” MTK adlandırılan şirkət haqqında xəbərlər dərc olunub. Hətta yazılarının bəzilərinin saytlardan sonradan silindiyinin də şahidi oldum”. 

Unikal.org-a müraciət edən şikayətçilər bildirib ki, internetdə axtarış zamanı adıçəkilən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı yerli saytlardan birinə verdiyi açıqlamada qeyd edilib. Xanım bildirib ki, yayılan məlumatlar qərəzlidir və qarayaxma məqsədi daşıyır. O, hətta açıqlamasında Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan da danışaraq vurğulayır ki, ölkə baçısı sahibkarlara dəstək olduğu bir zamanda saytlar adıçəkilən şirkət haqqında xoşagəlməz fikirlər yazırlar.

Hörmətli “Sipark” rəhbərliyi buyursun yazıdan qeyd olunan faktlara aydınlıq gətirsin. 

Əvvəlcədən qeyd edim ki, yazını yazmaqda məqsədim sırf aldadılan insanların hüquqlarının bərpasıdır, heç bir qralama filan məqsədi də daşımır.

Sipark MTK, vaxtilə “Evrostroy”MTK adlanan şirkət Milli Elmlər Akademiyasının Fizika İnstitutunun işçiləri üçün Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsində yaşayış binası inşa edib. Rəsmi müqaviləyə əsasən (Müqavilə yazıya əlavə edilib – red) şirkət 2013 –cü ildə binanı tikib təhvil verməli olub. Sonradan vədinə əməl etmədiyindən müddət 2015-ci ilədək uzadılıb. Söz verilib ki, 2015-ci ildə bina tam şəkildə istismara təhvil veriləcək. O zamandan bu günədək şirkət buradan ev alan sakinlərin gününü qara edib. Dəfələrlə cəhd etsələr də şirkət rəhbərliyi sakinlərlə görüşdən imtina edib. Çarəsiz qalan, aldadıqlarını iddia edən sakinlər isə son ümid yeri olaraq dövlət başçısı İlham Əliyevə müraciət ediblər.
59 sakinin imzaladığı müraciətdə qeyd edilir:

“Cənab Prezident, Biz, əvvəllər “Evrostroy” MTK (bundan sonra Sipark olaraq qeyd ediləcək) kimi tanınan və adı sonradan dəyişdirilərək “Sipark”MTK olan şirkətin Əsəd Əhmədov küçəsində Milli Elmlər Akademiyasının Fizika İnstitunun əməkdaşları üçün inşa etdiyi binanın sakinləri 6 ildir ki, şirkətin süründürməçiliyindən, özbaşınalığından əziyyət çəkirik. Son ümid yeri olaraq Sizə müraciət etməyi qərara aldıq. Təəssüflər olsun ki, bir çox şirkətlər, “Sipark” MTK daxil olmaqla Sizin sahibkarlarla bağlı humanist qərarlarınızdan sui istifadə edərək vətəndaşları aldadır və narazı salırlar.

“Sipark” MTK tərəfindən bağlanmış müqavilədə binanın 2013-cü ildə təhvil verilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən bu müddət 2015-ci ilədək uzadıldı. Lakin 2015-ci ildə də bina təhvil verilmədi. 4 il sonra çoxsaylı şikayətlərimizin nəticəsi olaraq “Sipark”MTK rəhbərliyi qaz, su, işıq sayğacları üçün hər evdən 1200 AZN pul yığdı. Qeyd edilən məbləğ binanın 80 faiz sakini tərəfindən ödənildi. Lakin bu günə qədər bina hələ də istismara təhvil verilməyib. Şirkətin rəhbərliyi bizi saymır, dəfələrlə görüşmək istəyib problemimizi demək istəsək də buna nail ola bilməmişik.

Cənab Prezident, Sizdən problemin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin göstərişlərinizdən sonra, müvafiq qurumlar məsələyə müdaxilə edəcək, “Sipark”MTK rəhbərliyinin özbaşınalığına son qoyulacaq və yaşadığımız bina istismara təhvil veriləcək. Ümid edirik ki, bundan sonra biz mənzillərimizin çıxarışlarını ala biləcəyik”.

Ümid edirəm yazıdan sonra Sipark rəhbərliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri xanım İradə Nurəddin qızına əziyyət verib saytalara zəng etdirmək əvəzinə 59 sakinin məcbur qalıb dövlət başçısına qetdiyi müraciətdə qeyd olunan problemin həlli ilə bağlı addım atacaq.
 

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər