{category-title}

“Sipark”ın adı yeni qalmaqalda: - BU DƏFƏ TELEVİZİYALARI ALDATDI

 Son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir. Seymur İsayev bu dəfə televiziyaları, prodakşnları aldatmaqla gündəmə gəlib.

Pressxeber.info-ın 7NEWS.az-a istinadla verdiyi xəbərə görə, "Sipark” şirkəti ilə "Baku Art Lab" şirkəti arasında reklam anlaşması olub. Bu anlaşmaya əsasən "Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir. Bu barədə məlumatı "Baku Art Lab" şirkətinin rəhbəri də təsdiq edib. Onun sözlərinə görə, razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub: "Biz müqavilə üçün müraciət etdik, dəfələrlə "Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər. Sadəcə mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər. Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın əməkdaşları başqa söhbətlər eləməyə başladılar. Müqavilə yoxdur, reklam xoşumuza gəlmədi falan dedilər. Məhz bundan sonra reklamı televiziyadan mən çıxardım. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq. Əvvəla əgər razı deyildinsə niyə müqavilənin imzalanmasını uzadırdın? Elə əvvəlcədən deyərdiniz istəmirik. İkincisi, əgər reklam reytinqi sizin xoşunuza gəlmirdisə niyə 9 həftə gözləmisiniz? 9 həftə ölkənin ən nüfuzlu kanalında reklamın getməsi elə-belə iş deyil. Burada müəyyən komanda işləyib, hamsı evlərinə, ailələrinə çörək aparırlar. Ayıbdır axı. Bəli, biz borc-xərc tapıb televiziyanın pulunu ödəmişik. Çünki bizdə kişi sözü hər şeydən üstündür. Bütün dediklərimi sübüt da edə bilərəm. Bizdə yazışmalar var, səslər var.”

7NEWS.az məsələ ilə bağlı "Sipark” şirkətinin mətbuat katibi İradə Nurəddinqızı ilə əlaqə saxlayıb. İ.Nurəddinqızı yeni təyin olunmasına baxmayaraq məsələ ilə bağlı məlumatlı olduğunu deyib. Təəssüf ki, o da "Sipark” əməkdaşlarının ədalətsiz mövqeyini müdafiə edərək müqavilənin olmadığını, yalnız 1 ayın ödənişinin mümkün ola biləcəyini deyib.
 

Son xəbərlər

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Bütün xəbərlər