{category-title}

“Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…” - “Contra Magazin”

 

Hazırda bir neçə tutarlı səbəb var ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamayacaq. Lakin bu o demək deyil ki, hərbi variant tamamilə istisna etmək lazımdır. 

Virtualaz.org xəbər verir ki, bu haqda Avstriyanın “Contra Magazin” nəşri yazır. Məqalədə deyilir ki, 2003-cü ildə İraqla müharibədən fərqli olaraq ABŞ administrasiyasından və onun müttəfiqləri arasında İrana qarşı müharibəni başlatmaq arzusunda olanlar yoxdur. Əksinə, ABŞ-ın Tehrana qarşı aqressiv kursu hətta onun müttəfiqlərinin də fəal müqaviməti ilə qarşılaşır. Heç kim bahalı, mənasız müharibədə iştirak etmək istəmir. Elə müharibədə ki, onu udmaq mümkün deyil.

“Habelə Rusiya və Çinin xəbərdarlıqları var. Hər iki ölkə bu müharibəni böyük səhv və təhlükəsizliyə qlobal təhdid sayır. Moskva habelə İrana qonşu ölkələrə axın edib stabilliyi təhdid edə biləcək qaçqın seli barədə xəbərdarlıq edir”,-nəşr yazır.

Lakin bu hələ hamısı deyil. İraqdan fərqli olaraq İran hərbi baxımdan xeyli dayanıqlıdır. Onun yaxşı təlim görmüş və düzgün təchiz edilmiş ordusu var. Bundan əlavə İranla müharibə ABŞ üçün həddən artıq baha başa gələ bilər. Vaşinqton Əfqanıstandakı müharibəyə bu vaxta qədər 3 trilyon dollardan çox xərclədiyi halda İranla müharibəni uda bilməzdi.

“Contra Magazin” qeyd edir ki, ABŞ-ın İranla müharibəni qısa vaxtda udmaq üçün vasitələri yoxdur, ona görə də Vaşinqtonun ildırımsürətli qələbəsi istisnadır və bu müharibə onun on milyardlarla dollarını “uda” bilər. Hələ ABŞ ordusunun canlı qüvvə və texnika itkiləri haqda danışmasaq. Müttəfiqləri bu müharibəyə qoşulmaq istəmədiyindən əsas zərbəni endirməyi ABŞ üzərinə götürməli olacaq.

“Bundan əlavə qalib gəlmək üçün ABŞ nəhəng sayda quru qüvvələrini İrana yeritməlidir. Bu qoşunlar ancaq İrana qonşu ölkələr üzərindən keçə bilər. Təxmin etmək olar ki, nə Pakistan, nə Əfqanıstan, nə Türkmənistan, nə də Azərbaycan və İraq buna razılıq verməzdi. Bu, on minlərlə alman, britaniyalı, fransız, polyak və ya ispan quru qoşunlarının İrana quru müdaxiləsini dəstəkləmək üçün cəmləşdirilməsinə də aiddir”,-nəşr belə yazır.

“Contra Magazin” qeyd edir ki, hərbi baxımdan amerikalıların ancaq kütləvi və əhatəli aviazərbələr endirmək imkanı var. Üstəgəl ABŞ Hərbi Dəniz Qüvələrinin İran sularında konsentrasiyası və oradan quruya kütləvi raket zərbələrinin endirilməsi mümkündür.

Lakin ABŞ aviasiyası İrana kütləvi zərbələr endirmək üçün bu ölkənin güclü havadan müdafiə sistemlərini dəf etməlidir, bu da böyük itkilərlə müşaiyət olunabilər. “Hətta ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton və ya dövlət katibi Mayk Pompeo kimi müharibə qızışdırıcıları olsa da hazırda müharibənin başlanması ehtimalı çox aşağıdır. Ən azından o vaxta qədər ki, həmin “qırğılar” və neokonservatorlar öz dağıdıcı planları üçün müttəfiqləri tapa bilsinlər”,-nəşr yazır.
Virtualaz.org
 

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər