{category-title}

“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal

 Vüsal Nuriyev nə qanun sayır, nə fərman… Nə baş naziri tanıyır, nə də heç kimi…”

Bunu vətəndaş Samir Mobil oğlu Əhmədov deyir. O, “Sınıq Körpü” Gömrük Sərhəd Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin ona qarşı qanunazidd hərəkətlərindən və və qeyri-etik davranışından şikayətçidir.

Yenicag.az-a müraciət edən Samir Əhmədovun sözlərinə görə, Nazirlər Kabinetinin 305 saylı Qərarına əsaslanaraq, iyunun 28-də şəxsi istifadə məqsədilə Gürcüstanda aldığı “BEKO” markalı kondisioneri Azərbaycan ərazisinə keçirmək istəyib.

Lakin adıçəkilən gömrük məntəqəsinin rəisi Vüsal Nuriyev Əhmədova məxsus kondisionerin müsadirə olunaraq, anbara yerləşdirilməsini əmr edib: “Həmin gömrük məntəqəsinin vəzifəli şəxsi Ülfət Əkbər oğlu Rzayev mənə 119061100501155 saylı akt verdi və kondisioneri əlimdən zorla aldılar.

Ancaq mənə verilən akta möhür vurulmadı. Mən göstərdiyim tarixə – 2019-cu il iyunun 28-nə kimi Gürcüstan Respublikasında olmamışam, sərhədi keçməmişəm və təbii ki, oradan heç bir mal-məhsul gətirməmişəm. Bu barədə ümumvətəndaş pasportumdan çıxarışı da sizə təqdim edirəm.

İyulun 5-də Vüsal Nuriyevə müraciət edib, həmin kondisioneri şəxsi istehlak məqsədilə ölkə ərazisinə keçirməyə hüququm olduğunu bildirdim və kondisionerin mənə qaytarılmasına kömək göstərməyini xahiş etdim.

Ancaq Vüsal Nuriyev özünü dövlət məmuru kimi aparmadı. O, nə qanun sayır, nə fərman. Nə baş naziri tanıyır, nə də heç kimi… Saysa idi bu hərəkətə yol verməzdi və özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla mənim gömrükdən maneəsiz keçirməli olduğum kondisioneri zorla əlimdən almaz, özümə təhqiramiz sözlər deməzdi. İyulun 10-da Tovuz rayonunda yerləşən Gömrük İdarəsinə də getdim. Qurumun əməkdaşları bu məsələyə qarışmağa səlahiyyətlərinin olmadığını deyərək, Vüsal Nuriyevin açıq-aşkar qanunu pozduğunu bildirdilər”.

Hüquqlarının pozulduğunu bildirən vətəndaş Samir Mobil oğlu Əhmədov üzləşdiyi problemin həlli üçün ölkə rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədrinə mürtaciət edib. Əhmədov ona məxsus olan 1 ədəd “BEKO” markalı kondisionerin geri qaytarılmasını və ölkə qanunlarına məhəl qoymayan Vüsal Nuriyevin sərt şəkildə cəzalandırılmasını xahiş edib.
 

Son xəbərlər

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Bütün xəbərlər