{category-title}

“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”

 

 

Tətil haqqında planlar qurmağa başlayanda gedəcəyimiz yerlə birgə nəqliyyat vasitəsini də seçirik.

Bizim üçün tətil ölkəsi Türkiyə idi, hər şeyi təyin etdik, planımızı qurduq. Təyyarə ilə getmək büdcəmizə uyğun gəlmədi. Məlumdur ki, ölkəmizdə təyyarə biletləri anormal şəkildə bahadır. Buna görə də, nəqliyyat vasitəsi kimi avtobusu seçdik.

Dost məsləhəti ilə “Öz Hasanoğlu” şirkətindən istifadə etmək qərarına gəldik. Səfər günü gəlib çatdı. Şirkətin nümayəndəsi avtobusun yanında bizimlə görüşdü, ödənişi aldı, amma biletləri təqdim etmədi. “Biletləri bir azdan yazıb gətirəcəyəm” dedi, amma sona qədər biletlər ortalıqda görünmədi.

Sadəcə bizə yox, avtobusda olan heç bir sərnişinə bilet verilməmişdi. Düşünün ki, Azərbaycandan Türkiyəyə şirkət avtobusu ilə yol gedirsən, amma biletin yoxdur. Yolda hər hansı bir hadisə baş verərsə avtobusda kimlərin olduğu, hansı oturacaqda əyləşdiyi bəlli olmayacaq. Yolda da bilet olmadığı üçün yetərincə yer davası oldu. Azərbaycan vətəndaşının yerindən qaldırılması, yerində Türkiyə vətəndaşının əyləşdirilməsi, etiraz edəni avtobusdan düşürməklə hədələmək və s.

“Öz Hasanoğlu”nun “oyunları” bununla da bitmədi. Avtobusu idarə edən və Türkiyə vətəndaşı olan Adəm adlı şəxs yolboyu sərnişinlərlə dalaşır, qışqırır, ən kobud şəkildə rəftarı ilə seçilirdi. Hətta bir azərbaycanlı qadının yerini zorla dəyişməyə çalışması tərəflər arasında mübahisəyə səbəb oldu. Qadının üzərinə dayanmadan qışqırması eyni tərzdə iradımdan sonra dayandı.

Daha öncə bəlkə də çobanlıq etmiş sürücü avtobusda insan daşıdığını, bağırmaqla işinin keçməyəcəyini bilmirdi. Səfərimiz 45-48 saat çəkdi. Bu müddət ərzində təbii ki, sərnişinlərdən kiminsə halı pisləşə bilər, təbii ehtiyacı üçün 5 dəqiqə avtobusu saxlamağı istəyə bilər. Amma sürücü hər dəfə bağırmağa davam edirdi. Baxmayaraq ki, yolda yük götürmək üçün istədiyi yerdə saxlayırdı. Narazılıq edən sərnişinə də, “Düş mənim avtobusumdan. Xoşun gəlmir, getmə” deyən Adəm adlı şəxs, həqiqətən də düz deyirmiş. Öyrəndim ki, avtobus onun özünə məxsusdur, sərnişinlərə xidmət edən cavan oğlan da oğludur.

Ata və oğul elə buna görə özlərini məkanın ağası hiss edirmiş. Əsəbi, özünü idarə edə bilməyən ata və tərbiyədən uzaq oğul… Belə ki, kimsə avtobusda ayaqqabısını ayağından çıxardığı üçün pis qoxu yayılmışdı. Bu zaman atasından geri qalmadığını sübut etməyə çalışan oğul normal irad bildirmək yerinə, “Avtobusa kim öz nəcisini etdi?” deyərək bağırmağa başladı. Əslində cümlə daha iyrənc idi. Mənə olduğu kimi yazmağa tərbiyəm və KİV haqqında qanun imkan vermir. Təbii ki, yenə də günahkar “Öz Hasanoğlu” şirkətidir. Bir avtobus sərnişini belə normal olmayan şəxslərə etibar etmək onların ciddi xətasıdır.
“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”
Müştəri cəlb etmək üçün, “Avtobuslarımızda yolboyu izləmək üçün hər oturacağa monitor quraşdırılıb” deyən şirkət deyəsən bu xidmətlərinin də normal olmadığını bilmir. Çünki monitorların böyük hissəsi işləmirdi. Bundan əlavə, bu sistemdən istifadə etmək üçün qulaqcıq lazımdır. Bunu da şirkət verməlidir, amma verilmir. Səbəb kimi də qadağan olunduğunu deyirlər. Təklif edilən wi-fi sistemi də şirkət kimi idi. Var idi, amma normal çalışmırdı. Bir təhər gedib Bursaya çatdıq. Geri dönən zaman da başqa şirkətdən bilet tapmadığımız üçün məcbur “Öz Hasanoğlu”dan istifadə etməli olduq. Bu dəfə də ayrı problemlərlə qarşılaşdıq. Bu dəfə sürücülərlə heç bir problem yaşamadıq. Ümumiyyətlə sürücü sərnişinlə dialoqa girmirdi, sakit, işini görürdü. Doğrusu da budur.

Bu dəfə problem fərqli idi. Belə ki, Bakıdan gedərkən 2 yaşlı qızım üçün şirkət bilet qiymətinin yarısını istədi. Eyni şirkətlə Bakıya dönən zaman isə tam bilet üçün ödəniş istənildi. Görünür şirkətdə dərəbəylikdir. Kim hansı qiyməti istəsə təyin edir. Birtəhər danışıb, 30 dollar ödəyib, qızım üçün bileti aldım. Bundan sonra bizi daha bir sürpriz gözləyirmiş.

Belə ki, Bursadan Bakıya getmək üçün bilet alsaq da, verilən biletdə bizim Batumiyə getdiyimiz yazılmışdı. Biletin qiyməti də 200 TL olaraq qeyd edilmişdi. Hansı ki, biz bu səfər üçün 260 TL vermişdik. Şirkət deyəsən vergidən yayınmaq üçün bu yollara əl atır. Gah bilet satmır, gah da biletdə saxtakarlıq edir.
“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”
Bu səfər haqqında yazmağa qərar verməyimin səbəbi var. “Öz Hasanoğlu”nun “yüksək” xidmətlərindən istifadə etmədən öncə bir neçə dəfə düşünün. Uzun yol gedəcəksiniz, daha peşəkar şirkətlərin xidmətlərindən istifadə edin ki, oxşar və ya daha betər problemlərlə üzləşməyəsiniz.
Minval.info 

Son xəbərlər

Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

İran təsir zonasını 10 dəfə artırıb

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Biləcəridə işıq olmayacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Şəki-Oğuz sərhədində zəlzələ olub

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

Bütün xəbərlər