{category-title}

“Standard Sığorta” şirkəti müştərini necə aldatdı? - “İki dəfə ucuza Çin malı aldılar”

 

Lənkəran sakini Həbib Axundov "Standard İnsurance” sığorta şirkətindən şikayətçidir.

Bakupost.az xəbər verir ki, H.Axundovun adıçəkilən sığorta şirkətinin ona ödəməli olduğu vəsaiti ödəməkdən imtina etdiyini iddia edir.

H.Axundovun sözlərinə görə, o, 5 ildən çoxdur ki, "Standard İnsurance” sığorta şirkətinin müştərisidir, bu illər ərzində bu bu şirkətdə hər il bir neçə maşın sığorta etdirib. Lakin şirkət onu aldatmağa cəhd göstərib: "Mən Lənkəranda yaşayıram. 2018-ci ilin oktyabr ayında avtoqəza baş verib, DYP- inspektorunun rəyinə əsasən, mən zərərçəkən qismindəyəm, qarşı tərəfin avtomobili də "Standard” sığorta tərəfindən sığortalandığına görə bu problem həmin andan başladı. Bütün lazımı sənədlər təqdim olunduqdan sonra mənə zəng olunacağı bildirildi. Lakin 15 gün ərzində heç bir zəng olunmadı. Mən özüm iki dəfə qaynar xəttə zəng vurdum, nəticə olmadıqda Bakıda yerləşən "Standard sığorta”nın baş ofisinə yaxınlaşdım. 8 saat ofisdə olduğum müddətdə bir neçə ayrı-ayrı şəxslərlə görüşməyimə, 5 ilin müştərisi və bu müddət ərzində heç bir qəza olmamasına (yəni yaxşı müştəri olmağıma) baxmayaraq çox kobud insanlarla rastlaşdım, hətta deyərdim ki, bazarda piştaxta arxasında oturan, heç bir ali məktəb oxumamış insanlar belə, onlardan daha savadlı, etik normalara daha yaxşı riayət edirlər”.

“Standard Sığorta” şirkəti müştərini necə aldatdı? - “İki dəfə ucuza Çin malı aldılar”

Şikayətçi deyir ki, nəhayət saatlarla gözlədikdən sonra qiymətləndirmə başa çatıb və ona dedikləri təklifdən şok keçirib: "Maşın 2007-ci il buraxılış "Hyundai Sonata”dır. Mənə Çin istehsalı olan ehtiyat hissələrinin satış qiyməti ilə hesablanmış bir rəqəm təklif olundu. Fərq iki dəfədən çox idi. 1910 manat əvəzinə, 824 manat təklif olundu. Mən sual verdim ki, onlara pul verəndə saxta pul vermişəm ki, onlar mənə saxta ehtiyat hissələrini istifadə etməyi təklif edir?! Təbii ki, cavabları yox idi. Mənə dedilər, məbləğ budur, istəmirsən, get ver məhkəməyə”.

H.Axundov bundan sonra bir sıra qurumlara müraciət edib: "Mən bir çox qurumlara müraciət etdim, amma məhkəməyə hələ müraciət edə bilməmişəm. Özüm rayonda yaşadığım üçün Bakıya tez tez yolum düşmür, məhkəməyə vermək üçün Bakıya gəlməliyəm, onu da edəcəyəm”.

Şikayətçi sonda tövsiyə edir ki, adıçəkilən sığorta şirkətinin xidmətlərindən heç istifadə etməsin: "Avtomaşınlarımızı belə saxtakar sığorta şirkətində sığortalamayaq. Allah heç kəsə göstərməsin, hadisə vaxtı qarşı tərəf çox əziyyət çəkir, yəqin ki, içərinizdə mənim vəziyyətimdə olanlar var. "Standard sığorta” təkliflər verəndə mələk, ödəniş etmək vaxtı çatanda isə əsl üzünü, şeytan üzünü göstərir.

“Standard Sığorta” şirkəti müştərini necə aldatdı? - “İki dəfə ucuza Çin malı aldılar”

Ola bilsin, mən haqqımı onlardan ala bilməyəcəyəm, amma hər kəsə onların necə saxtakar olduğunu sübut edəcəyəm!”

Məsələ ilə bağlı "Standard İnsurance” şirkətinin mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin mövqeyini də işıqlandımağa hazırıq. 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər