{category-title}

Yarımçıq qalmış aprel yürüşünün davamı gələcək - GƏLİŞMƏ

 

 

2019-cu ilin birinci yarısı da artıq Dağlıq Qarabağ münaqişənin həlli baxımından itirilmiş sayıla bilər. Azərbaycan və Ermənistan XİN başçıları arasında reallaşan son görüşlər də təsdiqlədi ki, Qarabağa dair tərəflər arasında mövqe fərqləri diametral zidd olaraq qalır. Əgər Azərbaycanın mövqeyi beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanırsa, Ermənistan işğal faktını və status-kvonu, yəni işğalı rəsmiləşdirməyə çalışmaqla nizamlama prosesini dalana dirəyir. 

Sözsüz ki, belə bir vəziyyət ən çox ərazisinin 20%-i işğal altında olan Azərbaycanı qane eləmir. Odur ki, Bakı nə vaxtsa ərazi bütövlüyümüzü bərpa edəcək ordumuzun döyüş hazırlığına xüsusi diqqət verir. Paralel surətdə yerli hərbi-sənaye kompleksi daim inkişaf etdirilir, ölkəmiz öz maliyyə potensialı hesabına xaricdən yeni silah-sursatlar və müasir hərbi sistemlər almaqda davam edir.

Təbii ki, Azərbaycan böyük paralar xərcləyib aldığı silahları yalnız vitrində qoymaq, yaxud hərdənbir hərbi paradda nümayiş etdirmək fikrində də deyil. Azərbaycan prezidenti İlham Əliyev 26 iyun Ordu Günü ilə bağlı etdiyi çıxışında bu xüsusda bir daha Azərbaycanın təcavüzkar Ermənistandan üstün hərbi qüdrəti haqda danışıb, Qarabağ müharibəsinin bitmədiyini söyləyib. Bununla rəsmi Bakı bir daha işğalçı ölkəyə və onun havadarlarına növbəti dəfə müharibə ismarışı göndərib, düşmən tərəfi konstruktiv mövqeyə çağırıb.

*****

Əfsus ki, düşmən tərəf hələ də təxribatçı və absurd, kövrək sülh prosesini belə torpedalayan yanaşma sərgiləməkdədir. XİN rəhbərləri arasında görüşlər faktiki, əlavə vaxt itkisinə çevrilib. Bunun da əsas səbəbi sözsüz ki, işğalçı ölkənin özünü tam cəzasız hiss etməsi ilə bağlıdır. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin Ermənistana gizli-açıq rəğbəti, işğalçıya qarşı bu günədək heç bir sərt sanksiya tətbiq etməməsi, üstəgəl, Azərbaycanı işğalçını cəzalandırmaqdan çəkindirməyə çalışması düşmən ölkəni maksimalist, həyasız mövqe tutmağa, təmas xəttində vaxtaşırı təxribatlar törətməyə şirnikləndirir.

Ancaq 2016-cı ilin aprelindəki “4 günlük” müharibə göstərdi ki, Azərbaycanın səbri sonsuz deyil. Başqa yandan, bəllidir ki, atəşkəs rejimi 26 ildir heç bir beynəlxalq ayrıcı qüvvələr olmadan qorunur. Bu isə müharibə riskini daha da artırır. Nəhayət, müharibə gələndə heç kimdən soruşmur. Onun başlamaq həmişə asan, dayandırmaq isə qat-qat çətin olur.

O da var ki, bir əcnəbi hərbi ekspertin haqlı qeyd elədiyi kimi, Azərbaycan bu dəfə axıra kimi gedəcək. Yəni ən azından Dağlıq Qarabağ ətrafında, ermənilərin heç vaxt yaşamadığı qanuni torpaqlarımızı qısa zamanda işğaldan azad edəcək - hansı proses ki, 2016-cı ilin aprelində əslində yarımçıq qalıb. Yarımçıq qalmış aprel yürüşünün davamı mütləq gələcək. Hələliksə, Bakı İrəvana sülh anlaşması üçün səbirlə şans verməkdə davam edir - bu şanslar yanlış dəyərləndirilsə də...

*****

Bu arada Dağlıq Qarabağ məsələsi, Ermənistanın 30 ildirt apardığı işğalçılıq siyasəti və ərazilərimizdə həyata keçirtdiyi qanunsuz məskunlaşma siyasəti öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında bir daha qaldırılıb. Belə ki, deputat Qənirə Paşayeva AŞ PA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından çıxış edərək AŞ PA-ya, Avropa təşkilatları və ölkələrinə çağırış səsləndirib (APA). O, işğalçı Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və AŞ PA-nı bunun durdurulması üçün Ermənistana təzyiq etməyə səsləyib.

“Suriyada bir neçə ildir, davam edən müharibə II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb. Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm”, - deyə azərbaycanlı millət vəkili vurğulayıb.

*****

Şübhə yox ki, Ermənistana beynəlxalq birliyin, xüsusən də vasitəçi dövlətlərin təzyiqi olmayınca, o, nə işğalçı siyasətindən, nə də ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasətindən əl götürəcək. Buna qarşı daha bir effektli yol Azərbaycan Ordusunun hərəkətə keçməsidir. Təbii ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi məqbul bildiyi məqamda bu qərarı verəcək. Bəlkə də artıq verilib. Çünki belə qərarlar adətən məxfi saxlanılır... 
\\musavat.com\\ 

Son xəbərlər

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar

Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH

Prezident ipoteka haqqında qanunu təsdiqlədi

Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI

Bütün xəbərlər