{category-title}

Yeni dəyişiklik dalğası gözlənilir... - İDDİA

 

 

Bir neçə vaxtdır Azərbaycanda elan olunan islahatlar artıq qanunvericilik bazasından kadr bazasına keçdi. Prezident İlham Əliyev bu prosesə güc strukturları ilə başladı.

DİA.AZ "Yeni Sabah”a istinadla bildirir ki, islahatların davamlı və dərin olacağı ilə bağlı verilən rəsmi açıqlamalar onu deməyə əsas verir ki, bu, hələlik ilkin addımdır. Kadr yerdəyişmələrinin yaxın günlərdə yeni dalğasının olacağı gözlənilir. Bu baxımdan da hazırda bir sıra nazirliklərdə, dövlət komitələrində narahatçılıqlar mövcuddur.

Bəs prezidentin növbəti kadr dəyişiklikləri hansı sahə ilə bağlı ola bilər? Bu dəfə hansı prinsiplər əsas götürüləcək? Uzun müddət eyni vəzifədə qalmaqamı, yoxsa, rəhbərlik etdiyi sahədə düzgün nizam-intizam qura bilməyən, əksinə problemlərlə baş-başa qalıb xalqı hakimiyyətdən narazı salan kadrlarmı hədəfdə olacaq?

Sonuncu təyinatlarla bağlı sərəncamı analiz etdikdə görünür ki, burada hər iki amil əsas götürüb. Görünən odur ki, prezident hər hansı nazir haqda qərar vermək üçün onun 25 il gözləməyə ehtiyac görmür. Əslində, bir illik fəaliyyət də məntiqi nəticələr çıxarmağa əsas verir. Ona görə də, biz elə bu iki amilin nəticəsində vəzifəsini itirməsi ehtimal olunan şəxsləri ayrı-ayrılıqda qeyd edəcəyik.

Əgər uzun müddət eyni kreslonu zəbt etmək amilindən məsələyə yanaşaq, hazırda Azərbaycanda bir neçə nazir və onlarla icra başçısı var. Bunların sırasında Mədəniyyət naziri Əbülfəs Qarayev (25 il), Kəmaləddin Heydərov (11 il Gömrük Komitəsinin sədri, 13 il FHN rəhbəri), Fikrət Məmmədovun (19 il) adları ilk sırada gəlir. Elmar Məmmədyarov (15 il), Oqtay Şirəliyev (14 il), Samir Şərifov (13 il), Azad Rəhimov da (13 il) uzun illər eyni sahəni idarə edən məmurlardandır.

Əslində, normal və effektiv fəaliyyət göstərmək üçün inkişaf etmiş ölkələrdə bu müddətdə eyni postda qalan məmur tapmaq mümkün deyil. Birinci amili – uzun müddət vəzifədə qalanların istirahətə göndərilməsi və ya yerdəyişməsi baxımından yanaşdıqda adları qeyd olunanların bir hissəsinin yola salınacağını gözləmək olar.

İslahatlarla bağlı qeyd etdiyimiz ikinci yanaşmaya – vəzifəsinin öhdəsindən gələ bilməmək və əhalinin narazı olduğu sahələrdə kadr islahatına gəldikdə isə burada bir sıra yeni kadrların da vəzifəsindən azad olunacağını gözləmək olar. Hər il dövlət rəsmilərinin açıqladığı rəsmi statistikalarda da əhalinin daha çox şikayət etdiyi dövlət qurumlarının siyahısı qeyd olunur. Həm o siyahı, həm də mediada səslənmiş şikayətləri əsas götürərək yeni kadrların bir neçəsinin də ən yaxşı halda yerinin dəyişdiriləcəyini gözləmək olar.

Azərbaycanda son illərdə yüksək vəzifəyə təyin olunmuşlardan -Ceyhun Bayramovun təhsil, Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi, Səfər Mehdiyevin gömrük və nəhayət İnam Kərimovun kənd təsərrüfatı sahəsində böyük uğurlar qazandığını demək olmaz. Əksinə, hər gün bu sahələrlə bağlı onlarla şikayət və problemlərlə bağlı informasiya ilə qarşılaşmalı oluruq. Və ən problemli sahənin səhiyyə olduğunu da vurğulamaq istərdik. Bu baxımdan O. Şirəliyev hər iki prinsipə görə qarşısına minus işarəsi qoyulacaq kadrlardan biridir.

Rövşən Rzayevin məcburi köçkünlər, Qoşqar Təhməzlinin qida, Fuad Muradovun diaspora, Mikayıl Cabbarovun da vergi sahəsində inqilab etdiyini söyləmək olmaz. Amma ən azından əvvəldə adlarını çəkdiyimiz nazirlərlə müqayisədə bu sahələrdə problemlər say etibarı ilə azlıq təşkil edir.

Başqa nə ola bilər? Hansı vəzifəlilər yola salınacaq? Buraya bir xeyli icra başçısının və komitə sədrlərinin də adlarını qeyd etmək mümkündür. İstənilən halda isə artıq ölkə rəhbərliyi də bu qərara gəlib ki, kadr islahatlarında köklü dəyişikliklərə ehtiyac var. Bunu son 4 təyinatla bağlı sərəncama həm siyasətçilərin, həm şərhçilərin, həm də ümumilikdə sadə insanların reaksiyası da açıq şəkildə ortaya qoydu.
 

Son xəbərlər

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Bütün xəbərlər