{category-title}

"Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - GİLEY

 

Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir

Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da ondan pul kəsirlər

Miq.Az xəbər verir ki, Bərdə rayonunun Mustafaağalı kənd sakini Hikmət Vəliyev işlədiyi "Azərpambıq ASK” MMC-dən şikayətçidir. Həm əmək haqqı mənimsənilib, həm də ona çatası 500 manatlıq dərman pereparatları üçün prezidentin sərəncamı ilə ayrılmış subsidiyanı verməyiblər.

Hikmət Vəliyev onu da bildirib ki, 3 ildir ki, bu şirkətdə işləyir. Əvvəllər şirkətin adı CTS – Aqro olsa da indi bu adı "Azərpambıq ASK” MMC əvəz edib. Dekabr, Yanvar, Fevral , Mart , Aprel ayları üzrə ona ödənilməli olan məbləğdən 600 manat az vəsait verilib. Şirkətdən Əflatun adlı şəxs bildirib ki, dekabr , yanvar aylarında iş olmur,ona görə də həmin ayların pulu karta vurulmayıb.” Məni danışmağa məcbur edən səbəb də məhz işçisi olduğum bu müəssisənin mənə qarşı elədiyi qanunsuzluq, haqqımın mənimsənilməsidir.Bu barədə Prezidentimiz Cənab İlham Əliyevə, Birinci Vitseprezident Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini xahiş eləmişəm. Belə ki, Mən Azərbaycan Sənaye Korporosiyası ilə xidməti müqavilə əsasında işləyirəm. Müqavilənin şərtinə görə nəzarət elədiyim 315 hektar əkin sahəsinin hər hektarına görə mənə 2,20 manat olmaqla əmək haqqı hesablanıb ödənilməlidir.Lakin buna baxmayaraq, 315 hektarın 23 hektarının kəsib, nəzarətimdə olan əkin sahəsini 292 hektara qədər azaltmış,e-qaimə əsasında 2640 manat əmək haqqım müəyyənləşdirilmişdir. 2640 manat isə hesabıma köçürülməyib, əmək haqqı kartıma daha az məbləğ, 2004 manat yönəldilmişdir. Beləliklə mənim əmək haqqımdan 600 manat mənimsənilərək götürülmüşdür”.

Digər korrupsiya faktı barədə danışan şikayətçi Hikmət Vəliyev fermerlərə ayrılan subsidiyaların mənimsənilməsini də bildirib.” İkinci qanunsuzluq Prezidentimizin Kənd təsərrüfatının inkişafı məqsədilə zəhmətkeş əkinçilərə ayırdığı subsidiyaların biz fermerlərə deyil, müəssisənin bir qrup işçisi tərəfindən mənimsənilməsidir. Bildirirəm ki, 2017-2018-ci illər arasında müəssisənin bir qrup işçisi əlbir olaraq dərman pereparatlarının alınması məqsədilə hər hektar üçün ayırılmış 50 manat pulu mənimsəyib . Bərdə rayonunda əkilmiş 3800 hektar pambığa görə ayrılmış 180000 manat dərman pereparatlarının subsidiyasından bir qəpik belə alan olmayıb. Müəssisənin ərazi nümayəndəsi olmağımla yanaşı, şəxsən mənim özüm də 10 hektar pambıq əkdiyim halda 500 manat nəzərdə tutulmuş subsidiyanı ala bilmədim.”
Onu da qeyd edək ki , Hikmət Vəliyevin iki övladından biri 16 yaşlı Qurban Vəliyev Serebral iflic xəstəsidir.O , övladının müalicəsi üçün mütəmadi olaraq istər ölkədəki, istərsə də ölkədən kənardakı tibb müəssisələrinə müraciət etməli olur. Övladı şəfasın tapmasa da O, hələdə ümidini itirməyib. Ömrünün sonuna qədər olsa da oğlu Qurbanın yolunda əlindən gələni edəcəyini deyir. Hikmət Vəliyev övladına göstərilən dövlət qayğısından da narazı deyil. Prezidentin son vaxtlarda əlillər üçün verilmiş əlavə sərəncamlarını da minnətdarlıqla qeyd edib. " Elə vaxt olub ki, övladımın əlilliyə görə müavinətini alıb, şirkətin işləri üçün xərcləmişəm.Bunun qarşılığında, işimə can yandırdığım halda əmək haqqımın kəsilməsinə dözə bilmirəm.Pambıqçılığın inkişafı üçün Prezidentimiz işlər gördüyü halda yerdə bizim kimi adamların haqqı, subsidiyası kəsilir. İstədiyim də məhz bütün bunlardan prezidentimizin xəbədar olmasıdır”- deyə qeyd edib Hikmət Vəliyev.

Hikmət Vəliyev işlədiyi şirkətin ona ən azından övladının müalicəsinə dəstək olmaq mənasında artıq pul yox, halalca alacağı əmək haqqının "Azərpambıq ASK” MMC tərəfindən tam şəkildə ödənilməməsini anlaya bilmir.

"Azərpambıq ASK” MMC-nin mühasibi Əflatun müəllim şikayətçi Bərdə rayon Mustafaağalı kənd sakini Hikmət Vəliyevin adı çəkilən şirkətlə xidməti müqavilə əsasında işlədiyini bildirib. Şikayətçinin məvacibi ilə bağlı dediklərinə , telefon söhbəti deyil,- deyərək cavab verməyib. Bildirib ki, rəsmi qaydada edilən müraciətə məktubla cavab veriləcək.İkinci şikayətlə bağlı, subsidiyaların mənimsənilməsini isə bu günkü şirkətə aid olmadığını, keçmiş CTS-AGRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin zamanında baş verdiyini bildirməklə , - "Bizdən əvvəl olduğuna görə, məsuliyyət daşımırıq” – deyərək Əflatun müəllim əlavə edib.

Əlavə olaraq onu da deyək ki, Hikmət Vəliyev şirkətdə baş vermiş qanunsuzluqlara görə üç nəfəri günahlandırıb.” Bütün bu işləri edən üç nəfərdir. Bərdə filialının mühasibi Vüqar, Bakıdakı ofisində mühasibləri Əflatun və İlqardır. Əflatun müəllim hətta o qədər arxayınlaşıb ki, telefonla danışan zaman Prezidentə, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət edəcəyimi deyəndə, mənə deyib ki, bizə heç kim heç nə deməyəcək.Əksinə sənin işin ağırlaşa bilər.Səni işdən çıxarıb, ödədiyimiz 2004 manatı da geri ala bilərik”- deyə Hikmət Vəliyev vurğulayıb. (Miq.Az)

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər