{category-title}

Səlim Müslümov ənənəsi davam edir... - GİLEY

 DSMF Bərdə rayon şöbəsinin müdiri Vidadi Kərimov şəhid anasının təqaüdünü niyə ödəmir? Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradova hələ də ötən illər üzrə yığılan şəhid təqaüdünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bərdə rayon şöbəsindən ala bilmir.Vətən yolunda övladını qurban vermiş ananın halal haqqını özünə qaytarmağı ona həddindən artıq çox görürlər. 

Prezidentin qayğı və mərhəmətinin ifadəsi olaraq ayrılan şəhid təqaüdünü bir neçə il ala bilməyən anaya ödənişləri bir dəfəyə icra olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bərdə rayon şöbəsində imtina olunub. Bildirilib ki, belə bir göstərişi nazir verib. Əsli Muradova ilə söhbət zamanı məlum olur ki, oğlu Mübariz Muradov 1995-ci ilin 26 dekabrında Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhid statusu verilən ana 2007-ci ildə Prezident İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə dair fərmana uyğun olaraq “ Prezident təqaüdü” alıb. 

2008-ci ilin əvvəlində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərdə rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən anadan övladının şəhidliyini təsdiq edə bilən arayış tələb ediblər. Bərdə rayon Hərbi Komissarlığından isə şəhidliyi təsdiq edən arayışı almaq mümkün olmayıb:”Mən bu arayışı ala bilmədim. Yuxarı hakimiyyət orqanlarına da yazdığım məktublarında köməyi olmadı. Bundan da özüm-özlüyümdə küsdüm. Ondan sonra çəkilib, oturdum yerimdə.Birdə 2014-cü ildə Əhalinin Sosial Müdafiə Mərkəzindən yeni məktub aldım.Göstərilirdi ki, oğlunuzun şəhidliyini təsdiq edən arayış verməlisiniz, ya da aldığınız pulları geri qaytarmalısınız.Doğrusu heç nə anlamadım.Sonra zəng edərək məni idarəyə çağırdılar. 

Onda bildim ki, mənə verilən şəhid təqaüdü 2008-ci ildə yox, 2014-cü ildə dayandırılıb. Həmin illər arasındakı pullar xəbərim olmadan adımdan alınıb, götürülüb.Pulun geri qaytarılmasına görə məni məhkəməyə verdilər.İmzamı xətti ekspertizaya verib, müəyyən elədilər ki, pulun götürülməsi ilə mənim heç bir əlaqəm yoxdur.”Bərdə rayon Məhkəməsi faktı araşdırıb, pulun başqaları tərəfindən alındığını müəyyənləşdirəndən sonra işin cinayət tərkibli olduğunu nəzərə alıb, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərib.2018-ci ilin iyulunda isə məhkəmə qərarı ilə Əsli Muradova övladının şəhidliyinin təsdiqinə nail olub.Bərdə rayon Hərbi Komissarlığında Mübariz Muradovun adı yenidən şəhidlərin adlı siyahısına salınıb. 

Əmək və Əmalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bərdə rayon şöbəsində Əsli Muradovaya yenidən şəhid ailəsi statusu verilib.2008-ci ildən sonra şəhid təqaüdünü almaq ananın qanuni haqqı olsa da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oğurlanan pulların sahibinə qaytarılmasını təmin etməyib.Bərdə rayon Məhkəməsinin araşdırmasında da ananın 2014-cü ilə qədər təqaüd almadığı sübuta yetirilib. İşin araşdırılması Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində davam etdirilsə də pulun büdcəyə qaytarılması təmin edilməyib. Əsli Muradovaya da DSMF Bərdə rayon şöbəsindən deyirlər ki, o puldan əlini üz, onu alan,alıb. Bu barədə heç düşünmə. 

DSMF Bərdə rayon şöbəsinin müdiri Vidadi Kərimova bu barədə məktub ünvanlansa da şəhid anasına cavab verməyib.Görünən odur ki, şəhid anasının yeyilən haqqını Vidadi Kərimov, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yuxarı səlahiyyətli şəxslərinin də bərpa etmək fikri yoxdur.Əsli Muradovanın 2008-2014-cü illərdə yeyilən pullarının taleyi qaranlıq qalmaqla yanaşı , 2014-dən sonrakı illərin də pulunu düz-əməlli vermirlər. Şəhid anasının illər ərzində yığılıb qalan pullarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günə qədər hesablayıb , tam şəkildə sahibinə çatdırmayıb. Sentyabrdan indiyə qədər ödəniləcək məbləğin , istər nazirliyə,istərsə də onun yerli şöbəsinə neçə dəfə məktubla müraciət olunsa da şəhidin anasına çatdırılması mümkün olmayıb.

Şəhid anası Əsli Muradova sonuncu fevral ayında 2014-cü ilin sentyabrından sonrakı aylar üzrə qalan vəsaitin onun hesabına köçürülməsinin tamamlanacağını gözləsədə bu baş verməyib. Onun hesabına aylıq ödəniş üzrə 300 manat köçürülüb . Bu fakt da bir daha göstərir ki, DSMF Bərdə rayon şöbəsinin müdiri Vidadi Kərimov şəhid ailəsinin çoxsaylı müraciətlərini nəzərə almaq fikrindən uzaqdır.Vətən uğrunda canından keçən şəhidin anasına hörmətlə yanaşmaq hissi onun xarakterinə olduqca yaddır.

Sonda Əsli Muradova Prezident İlham Əliyevdən ,onun xanımı Mehriban Əliyevadan ona qayğı ilə yanaşılmasını , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin, Bərdə DSMF-nin müdiri Vidadi Kərimovun yaratdıqları laqeyd münasibətə son qoyulmasını, 2008-ci ildən ondan oğurlanan pulların geri qaytarılmasının təmin edilməsini xahiş edib./azsiam.info/ 

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər