{category-title}

Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir

 Hər bir valideyn övladının gələcəkdə parlaq, uğurlu şəxsiyyət kimi tanınmasını istəyir. Min bir əziyyətlə qazandığı pulları əvvəlcə repititorlara, daha sonra universitet yolunda övladı üçün xərcləyir. Gənc yüksək balla universitetə daxil olur, müsbət nəticələrlə bitirir və müxtəlif şirkətlərdə iş axtarışına başlayır... Müasir dövrdə işçi axtaran orqanlar öz namizədlərini ilk baxışdan elektron CV təqdimatı ilə tanımaq istəyirlər. XXI-ci əsrin əvvəllərindən işə qəbul bu formada aparılır. Normal CV-də qısa şəkildə tərcümeyi-hal, bacarıqlar, əlaqə məlumatları, foto-şəkil və.s mütləq göstərilməlidir. Lakin hər şey bununla bitmir. İşə qəbul zamanı 2 nüans var. Belə ki, vakansiyaya edilən müraciətlərə desək ki, baxılmır, yalan demiş olarıq. İnsan resursları departamenti tərəfindən CV-yə baxılır, namizəd görüşə çağrılır, müsahibənin sonunda gülərüzlə yola salınır. Lakin işə qəbul olmaq çətin məsələyə çevrilib. Məlum məsələdir ki, işçi axtaran şirkətlər daha münasib namizəd axtarışındadır. Namizədlərdə praktik iş qabiliyyəti, ünsiyyət bacarığı, dil bilikləri, xoş xarici görünüş və.s kimi xüsusiyyətlərin olması məqsədəuyğundur. Lakin nəzərə alsaq ki, yeni universiteti bitirmiş gənclərin praktiki bacarıqları sıfıra bərabərdir, o zaman belə bir sual meydana çıxır - Universiteti bitirmiş gənclərin praktikasız olmağında günahkar kimlərdir?- Universitetlər ya tələbələr? Yəqin ki, bu suala cavab vermək çətindir.

1 ildən çoxdur iş axtaran, lakin müraciətləri boşa çıxan Əli Cahangirov vakansiyalara elektron şəkildə müraciət etməkdən yorulduğunu dilə gətirdi: Orta məktəbi rus sektorunda oxumuşam. Rus dilində sərbəst danışa bilirəm. Ali təhsilliyəm. 2018-ci il iyul ayında hərbi xidməti bitirmişəm. Hərbi xidməti başa vurduqdan sonra yaxşı iş tapacağıma ümid edirdim. Bir müddət böyük həvəslə qarşıma çıxan bütün vakansiyalara müraciət etdim. CV atıram, çağırırlar, amma götürmürlər. Daha müraciət etmədiyim yer qalmayıb.Gördüm ki, heç bir nəticə olmadı. Sizə bir əhvalat danışım. 2-3 ay əvvəlbir şirkətə müraciət etdim. İnsan resursları departamentində məndən “ Bizim şirkətdə sizə rəy verə biləcək adam var?”- deyə soruşdular. Mənim də “adamım” olmadığı üçün “yox” dedim. Əvvəllər, bu sözü anlamırdım. Sonralar bildim ki, həqiqətən kimsə mənə rəy verməlidir (gülür).

Eyni aqibəti yaşayan Vasif Abasov da İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə təhsil almasına baxmayaraq 8-9 aydır iş tapa bilməməsindən gileylənir: “Dəfələrlə əmək yarmarkasında iştirak etmişəm. Banklara, maliyyə şirkətlərinə,

müəssisələrə dəfələrlə CV göndərmişəm. Heç birindən cavab gəlməyib. Hərkəsin maddi ehtiyacları var. Nə qədər valideynlərimdən pul almalıyam? Daha pul istəməyə utanıram. Amma ailəm də bilir ki, iş tapmaq çətindir”.

Hazırda dövlət və özəl şirkətlərdə verilən vakansiyalara qoyulan tələblər, başqa sözlə desək, namizədlərdə arzu olunan keyfiyyətlərin təsvir forması çox mürəkkəbdir. Nümunə üçün deyim, dünən bir dostum üçün iş axtarışı edərkən, internet portallarında bir vakansiya qarşıma çıxdı. Ənənəvi hal kimi, işə götürənlər tələblər qeyd etmişdilər: Namizəd məhsuliyyətli, dəqiq, ünsiyyətcil olmalı, 2 xarici dili əla səviyyədə bilməli, ən azı 1 il iş təcrübəsi... nəysə axıra kimi oxumağa səbrim çatmadı. Lap aşağıda əməkhaqqı bölməsindəki rəqəmə baxdım, maaş - 200 manat! Şübhəsiz ki, bu vakansiyanı oxuyanların deməyə sözü çox olacaqdır...

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər