{category-title}

"Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?" - DGK sədrinə İTTİHAM

 

Azərbaycanda fəaliyyət göstərən bir qrup Türkiyəli iş adamı Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə açıq məktubla müraciət ediblər. “Yeni Sabah”a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının mənfəəti üçün imzaladığı fərmana əsasən sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz və ya öz firmaları adına öddəməli idi. Yəni bununla karqo sisteminin ləğv olunması nəzərdə tutulurdu. Hətta buna görə gömrük məmurları dəyişdirildiyi məktubda qeyd edilir: “Bəs karqo ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi? Eyni firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir. Bunun səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına gətirdikdə rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişdirərək gətirir.
Bununla da bazarda haqsız rəqabət yaranır. Bunun səbəbi isə rəsmi şəkildə malı idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satdığı üçün haqsız rəqabət yaranmış olur. Həmçinin bu vəziyyətin yaranması ilə həm sahibkarlar, həm də karqolar vergidən yayınmış olurlar.
Ümumiyyətlə, dünya təcrübəsində karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmət haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar öz və ya öz firmaları həyata keçirməlidir. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı malın gömrük kodlarını da dəyişirlər.
“Biz Türk iş adamları olarak bu saxta faturasız mal satışlarından, qarşılığı olmayan bəyannamələrdən yorulduq. Nəyə görə, bizi karqoların qucağına atdılar? Eyni yerdən, eyni malı alan iş adamı karqo ilə daşıdığı zaman daha ucuz olur, özü gətirdikdə baha. Gömrükdə olan bütün bu uyğunsuzluqlara “dur” desəniz Türkiyə və Avropa iş adamları olaraq sizə minnəttar olacağıq!
Konkret olaraq bildiririk ki, karqo şirkətləri bir tırın içərisinə 20-30 iş adamının idxal etdiyi malı yükləyib, 5-6 fiziki şəxs adına gömrük fakturası ilə Azərbaycana idxal edirlər. Nəticədə dövlətimizin büdcəsinə az vergi ödənir, haqsız rəqabət yaranır və Cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinə xəyanət olunur. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşıması ilə məşğul olmalarını və gömrük işlərindən kənarda qalmalarını təmin edəsiniz. Əgər bunun qarşısı alınmazsa, biz Türk iş adamları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət edəcəyik!”.
 

Son xəbərlər

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Bütün xəbərlər