{category-title}

Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası hazırlanacaq - SƏRƏNCAM

 

Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası hazırlanacaq.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 1 il müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Nazirlik elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təklifləri 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər isə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlanıb 4 ay müddətində Azərbaycan Prezidentinə təqdim edilməlidir.

Bundan başqa, ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflər isə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

Nazirlər Kabineti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb 1 il müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Həmçinin Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll olunmalıdır.

Son xəbərlər

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

Zərdabda 5 günlük körpə öldü - Foto

Elməddin Bağıyev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Sabah Bakıda hava çiskinli olacaq

WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək

Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək

"AzerGold"un bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Səidə narkotik iddialarına belə CAVAB VERDİ

Əvəz Qocayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Günün qoroskopu: Səbrli və anlayışlı olmaq bu günün əsas açarıdır

Bakıda gül mağazasında partlayış - Video

Mingəçevir sakinlərinin nəzərinə!

Mexikodakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına - Müraciət

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

Heyvandarlıq məhsullarının istehsalı azalıb

Bütün xəbərlər