{category-title}

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

“AzərEnerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin iştirakı ilə görüş keçirilib.

Bu barədə “AzərEnerji” məlumat yayıb.

Qeyd edək ki, “AzərEnerji” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdür. Görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.

“AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və “WAMS/WACS” sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.

Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji” ASC-nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.

Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər