{category-title}

"Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirmişik" -Prezident İlham Əliyev

 Azərbaycan Prezidenti İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi Bakı şəhərində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə salamlayır, hamınıza can sağlığı və ölkələrinizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Artıq böyük nüfuza malik ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan bəri keçən müddətdə ölkəmizin neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin beynəlxalq aləmə çatdırılmasında aparıcı platformaya çevrilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və gerçəkləşdirilmiş neft strategiyasının təməl daşı olan “Əsrin Müqaviləsi”nin 25-ci ildönümünə təsadüf etməsi builki sərgi və konfransın əhəmiyyətini daha da artırır.

Bu il ölkəmizin neft sənayesi tarixində daha bir hadisə ilə əlamətdardır. Yetmiş il əvvəl, 1949-cu ildə məhz Bakıda əfsanəvi Neft Daşlarında ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlanılması ilə dünya neftçıxarma sənayesi yeni dövrə qədəm qoymuşdur.

İndi Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan respublikamızın dinamik inkişafı nəticəsində əldə etdiyimiz nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə gətirib çıxarmışdır.

Ölkəmiz bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq. Dünya neft sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə geniş miqyaslı investisiya layihələri həyata keçirməkdədir.

Ötən il Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi olmuş, daha sonra TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Layihənin icrası müstəqillik illərində enerji strategiyamızın ən yaddaqalan uğurlarındandır. TANAP eləcə də ölkəmizin iqtisadi qüdrətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu aydın şəkildə nümayiş etdirdi. Əminəm ki, yaxın zamanda “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin tamamlanması ilə böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” də icra edilmiş olacaqdır. Bu isə bizə imkan yaradacaqdır ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş yolla qısa və təhlükəsiz şəkildə çatdırılsın.

İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və konfransınız aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir".
 

Son xəbərlər

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

Bütün xəbərlər