{category-title}

4 saylı Ərazi Vergilər İdarəsinin sifarişli vergi yoxlaması - Sahibkarlığın inkişafına vergi “şapalağı”

  "Bir qrup Qarabağ əlili ailəsi hüquqi şəxs yaratmaq problem olduğundan bir nəfərin adına VÖEN açıb Ağsu şəhərində sahibkarlıqla məşğul olur. Sahibkarlıq fəaliyyətinin istiqamətləri həm istehsal , həm də ticarət olan əlillər bu yolla dərman, çörək pullarını çıxarırlar .Ötən ilin sonlarında “BUTA market” sahibkarlıq obyektinin anbarından 10 min manatlıq malın talan edilməsinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edən market müdirinin şikayətini öncə Ağsu rayon Polis Şöbəsi obyektiv araşdırıb və zərər vuran şəxs taladığı malın pulunu hissə -hissə ödəyəcəyinə söz verib". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Daha sonra xəbərdə bildirilir: "Əməlin prokurorluqda araşdırılmalı olması nədəni ilə iş materialları Ağsu rayon prokurorluğuna göndərilib və sahibkarın malını talan edənin və yaxın qohumlarının özünümüdafiə xarakterli izahatları əsasında əməldə cinayət tərkibi olmaması qərara alınıb. Bu qərardan yuxarı prokurora Cinayət Prosessual Məcəllənin tələbinə uyğun olaraq şikayət verilib. 23 may 2019-cu ildə şikayətçi sahibkar baş prokurorluğa çağırılıb , qanunauyğun tədbirlər görüləcəyi bildirilib və ertəsi gün -24 may 2019 -cu ildə Vergilər Nazirliyinin Şamaxıdakı 4 saylı Ərazi Vergilər İdarəsinin 20 nəfərlik heyəti sahibkarlıq obyektində yoxlamaya başlayıb. 

Bu yoxlamanın sifarişlə həyata keçirilməsi cəmi 20 işçisi olan marketin işçilərinin sayı qədər vergi əməkdaşının cəlb edilməsi , sözügedən vergi idarəsinin rəis müavininin hər gün marketə gəlib mütləq “qanunsuzluq tapmağı” tapşırması , rayon prokurorluğunun sahibkarı hədələməsi sübut edir. Ən başlıcası, Prezidentin müvafiq aktı ilə sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların dayandırılması qərara alınıb. Onu da vurğulayaq ki, “BUTA market”də keçirilən son vergi yoxlamasının hələ bir ili tamam olmayıb . Bu yoxlama açıq -aşkar dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə zərbə vurmaq deməkdir. Sahibkarlığın inkişafına dövlət dəstəyi hara, sahibkarlıq fəaliyyətini qanunsuz, sifarişli yoxlamalarda iflic etmək hara!?

Bu gün -28 May Respublika günüdür, xalqımız, dövlətimiz bayram edir. Vergi yoxlaması isə hələ də davam edir. Bayram günü olduğundan dövlət qurumlarının “qaynar şikayət” xətləri də susur ..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər