{category-title}

Gənc nazir “qoca qurdlar”a necə yem oldu? - Sahil Babayev fiaskosunun detalları

 Prezident İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi. Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq.Amma zaman bu ümidlərin puça çıxdığını göstərir. Nazir təyin edildikdən sonra bir sıra dəyişikliklər edən Sahil Babayev korrupsiya ilə mübarizə aparmalı olan mühüm vəzifələrə bəzi keçmişi qaranlıq olan şəxsləri təyin edəndən sonra bu nazirlikdə heç nəyinsə dəyişəcəyini gözləmək mənasızdır.Maraqlıdır ki, gənc nazirin ilkin fəaliyyəti sələfi Səlim Müslümovun ilk vaxtlarına bənzəyir. Belə ki, cumhuriyyet.az olaraq Nazirlikdə baş verənlərə əsasən bildirək ki, Sahil Babayev nazirliyin fəaliyyət istiqamətləri üzrə fundamental islahatlar aparmaq əvəzinə məmurların soyqırımını həyata keçirməklə məşğuldur.

Nazir Sahil Babayevin apardığı uğursuz kadr islahatları onun gələcək fəaliyyətini şübhə altına alır. İşdən azad etdiyi kadrlar xalqın və kollektivin ürəyincə olsada yeni təyinatlar hər kəsi məyus etdi. Əfsuslar olsun ki, ölkəmizdə ənənəyə çevrilən kadr transferləri nazirdən nazirə ötürülən uğursuzluqların əsas meyarıdır. Hər kəs yeni təyinat aldığı sahəyə özü ilə əvvəlki iş yerində nə qədər yaxını, qohumu, dostu və tanışı varsa çəkib aparır. Getdiyi yerlərdə isə həmin şəxsləri yerləşdirmək üçün məmur soyqırımı həyata keçir.

Füzuli Ələkbərovun kadrı geri qayıtdı və…

Ünvanlı Dövlət Sosial Yardımlarının əhaliyə verilməsində ilk korrupsiya yuvası İlqar Rəhimov tərəfindən yaradılmışdı və həmin sahəyə inzibatçılığı Heybət İmanov həyata keçirirdi. Yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin daxili nəzarət şöbəsinin daha 4 əməkdaşını işdən azad edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, şöbəyə maraqlı təyinat həyata keçirilib: “Belə ki şöbənin müdir müavini vəzifəsi keçmiş nazir Füzuli Ələkbərovun yaxın adamı Heybət İmanova həvalə olunub. H.İmanov F.Ələkbərovun vaxtında müxtəlif vəzifələrdə çalışıb.Səlim Müslümov təyin ediləndən sonra H.İmanovu işdə yol verdiyi nöqsanları əsas gətirərək vəzifəsindən azad etmişdiBu gün nazirlikdə “quzu qurda” həvalə olunur. Hesablama Palatasında işlədiyi dövrdə işi gücü Səlim Müslümov və Əjdər Cəbiyev haqqında saytlara yazılar ötürmək olan Heybət İmanov nazir dəyişikliyindən sonra pusquda duran kimi dərhal özünə adam axtarmağa başladı və o adamı tapdı. Özünü elə reklam elədi ki, güya o bu sahənin mütəxəssisidi, onsuz bu sahədə iş getməz. Amma o sahədə işləyənlər yaxşı bilir ki, onun mütəxəsisliyi sosial sahə ilə bağlı qanunvericiliyi üzdən köçürdüb “kitab” yazmaqdan o yana getmir. Belə olmasaydı o üç sözdən ibarət cümlə yazanda otuz səhv buraxan Rza Əhmədovu “rivizor” vəzifəsinə yüksəltməzdi. Heybət İmanovun insanlara “rivizor” kimi sırıdığı Rza Əhmədov Yasamal rayon ƏSMM-də ünvanlı yardımda işçi, direktor müavini sonra isə Əjdər Cəbiyevin himayəsi ilə Xəzər rayon ƏSMM-də direktor müavini işləyib. Bu adam ƏSMM-də işləyənə qədər rayon İcra Hakimiyyətində işə düzəlib ki, ordan asanlıqla digər orqanlara dövlət qulluğuna keçə bilsin və belə də edib. Əks halda test imtahanında iştirak etməli idi. H.İmanovun R.Əhmədova belə yüksək etimadının tək səbəbi isə ortaq iş birliyidir. Mənbənin Anaxeber.infoya bildirdiyinə görə, Heybət İmanov nazirin islahatlara başının qarışdığı bir dövrdə bundan istifadə edib Rza Əhmədovu rayonlara yoxlamaya göndərir ki, getsin idarələrdən nəsə tapıb onu o qədər şişirtsin ki, işçilər qorxusundan tələb olunanı yerinə yetirsin. R.Əhmədov həm də qarşılıqlı anlaşma şərti ilə kadr təyinatlarına da müdaxilə edir. Bu şəkildə təyinat alanlardan biri də Səlim Müslümovun qohumu Zaur Rəsulovdur. O Zaur Rəsulov ki, 2014-cü ildə Yasamal rayon ƏSMM-də işlədiyi dövrdə yoldaşı Muradova Məlahət Eldar qızının adına 175 manat sosial yardım təyin edib, qanunsuzluğun üstü açılandan sonra məcbur qalıb sənədi ləğv ediblər, lakin məlumatlar Kapital Bankda durur (yardım sənədin nömrəsi 101509). R.Əhmədov məhz H.İmanovun vasitəsi ilə onu DSMF-nin Sumqayıt rayon şöbəsinə direktor müavini göndərib. Nazir belə insanlarlamı islahat aparır? Heç şübhəsiz ki, Heybət İmanov zamanı gələndə bütün bunlara görə qanun qarşısında cavab verməli olacaq. Hələ ki, Heybət İmanov özünü çox rahat hiss edir.

Mərkəzi aparat “əlillər klubu”na çevrilib

Nazir Sahil Babayev hər yerdə fəxrlə saxta əlilliyə qarşı mübarizə apardıqlarını və 1300 nəfər vətəndaşın əlilliyini ləğv etdiklərini bəyan etmişdir. Lakin bildirək ki, “Əlillər klubu” sözün həqiqi mənasında nazirliyin Daxili audit şöbəsində fəaliyyət göstərir. Belə ki, Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vəzifəli şəxslər olan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaş saxta yolla əlillik əldə etmiş şəxslərdir. Redaksiyamıza Daxili audit şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən təqdim olunan “Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirov triosu”nun əlilliyi olan şəxslər olduğunu təsdiq edən sənədlərdə bir sıra maraqlı məqamlar əksini tapmışdır.

1. Heybət İmanov: II qrup əlildir. Əlillik sənədinə görə əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən əmək qabiliyyətsiz şəxsdir. İşin gülməli tərəfi odur ki, bu adam guya alimdir, fəlsəfə elmləri doktorudur. Faciə isə ondan ibarətdir ki, belə bir şəxs idarəetmə orqanlarında səlahiyyətli vəzifə sahibi təyin olunmuşdur.

2. Cəmil Kərimov: II qrup əlildir. Gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan əmək qabiliyyətsiz şəxsdir. Bu adam “müfəttiş”dir, guya nöqsanları axtarıb tapır.

3. Rüfət Bəbirov: II qrup əlildir. Hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxsdir.

Kənardan baxıb qiymətləndirdikdə hər üç şəxsin sağlamlıq durumunun ağır olduğu, hətta yataq xəstələri kimi diqqəti cəlb etdikləri açıq-aydın görünməkdədir. Hörmətli nazir Sahil Babayev bu məsələyə ciddi reaksiya verməlidir, əks halda, belə hesab edilə bilər ki, gənc nazir ciddi səlahiyyətli dövlət vəzifələrini icra etmək üçün sağlam adam tapa bilməmişdir.

Nazirlikdə Mətin Kərimli faktoru

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında nazir müavini Mətin Kərimli dayanır. Belə ki, məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışmış yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Hazırda isə vəzifəsini qoruyub saxlamağa çalışan hər kəs Mətin Kərimliyə yol tapmaq və vəzifəsində qalmaq üçün Mətin Kərimlini razı salmağa çalışır. Nazirdən aldığı sonsuz səlahiyyətlərlə isə Mətin Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq, işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir. Qeyd edək ki Mətin Kərimlinin qardaşı, kənd təsərrüffatı naziri İnam Kərimov Sahil Babayevlə bir yerdə təhsil alıb. Mətin Kərimli 2014-cü ildə Səlim Müslümovun müavini təyin olunub. Onun müavin təyin olunmasında əsas məqsəd isə ölkənin sosial müdafiə sisteminin elektonlaşdırılması olub. Yəni İman Kərimovun ASAN Xidmətdə gördüyü böyük işləri qardaşı Mətin Kərimli ƏƏSMN-də həyata keçirməliydi. Lakin ASAN Xidmət özünü nə qədər doğrultsa da, Mətin Kərimlinin Elnur Məcidovla birlikdə ƏƏSMN-də yaratdığı VEMTAS sistemi gözləntiləri doğrultmayıb. Artıq mətbauatda da qeyd olunduğu kimi bu sitem ƏƏSMN-də korrupsiyanın daha da böyüməsinə səbəb olub. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım əvvəllər olduğu kimi müvafiq kriteriyalara uyğun gəlməyən şəxslərə verilib, əksinə ehtyac içində yaşayan xeyli ailə dövlət başçısından narazı salınıb. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, hətta əli-ayağə yox I qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır: onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun rəhbərliyi altında Mətin Kərimlinin həyata keçirdiyi “misilsiz islahatının” nəticəsi.
//Cumhuriyyet.az
 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər