{category-title}

Azərbaycanda turizmin inkişafında “məmur səddi” - Mövsüm başlamamış “aylıq”lar başlayır

 Son illər neftin qiymətlərində baş verən dəyişmələr bir daha sübut etdi ki, iqtisadiyyatını sırf neft amili üzərində quran ölkələrdə ciddi problemlər yaşanır. Prezident İlham Əliyev fəaliyyətinin ilk dönəmlərindən qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirir. Azərbaycan kimi təbii,iqlim resurslarına malik olan ölkələr üçün ən əhəmiyyətli sahələrindən biri də turizm sektorudur. İstər qış,istərsə də yay turizmi üçün zəngin imkanlara malik olan ölkəmizdə bu sahədə hələ də ciddi problemlər yaşanır. Sirr deyil ki, turizm sektorunda ölkəmiz qonşu dövlətlərə uduzur. Hətta öz vətəndaşlatrımız belə qonşu ölkələrdə dincəlməyi daha üstün və cəlbedici sanırlar. Bəs cənnət Azərbaycanı niyə turizm mərkəzinə çevirə bilmirik? 825km Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ və ekstremal turizm, biri birindən gözəl kəndlərimiz kənd və ya aqrar turizm, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizm, mineral bulaqlarımız, müalicəvi neftimiz və iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız və meşələrimiz ekoturizm, regionlardakı olimpiya kompleksləri və idman qurğuları idman turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir. Göründüyü kimi qeyd olunan sahələri inkişaf etdirməklə hər il böyük məbləğli gəlir əldə etmək mümkündür. Düzdür dövlət başçısının tapşırığı ilə bir sıra ölkələr üçün viza rejiminin sadələşdirilməsi müəyyən qədər Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Amma hər zaman turizmin inkişafına mane olan əsas səbələrdən biri və ya birincisi qiymət problemidir. Sirr deyil ki, ölkəmizə gələn qonaqlar paytaxt Bakının ecazkarlığından ağızdolusu danışsalar da, qiymətlərin bahalığı onları hər zaman narazı salır. Bu gün Azərbaycanda restoranlardakı qiymətlər xarici turistləri dəhşətə gətirir. Bu bir faktdır ki, ölkəmizdə turizm qiymətləri göstərilən xidmətlərə uyğun gəlmir. Qiymətlərin çox baha olması hər kəsi narazı salır. Təsadüfi deyil ki, ağacın kölgəsi üçün pul istəmək kimi lətifəvari təcrübə də ölkəmizdə qeydə alınıb. 
Yay aylarında Xəzərsahili ərazilərdə turist sayı istənilən səviyyədə olmur. Çünki,dəniz sahilinin ayrı-ayrı məmurlar tərəfindən çəpərlənməsi, mənzərəli və turizmə xidmət edə biləcək ərazilərin zəbt olunması bizi bu günə gətirib çıxarıb. Problemin dərinləşməsində həmçinin korrupsiya və rüşvətin də “danılmaz xidmətləri” vardır. Məlumdur ki, mövsüm başlamamışdan gəlib sahibkarların, turizm obyektlərinin başlarının üstün kəsdirirlər ki, pul ver. Sahibkar da məcbur şəkildə ondan alınan qanunsuz pulun əvəzi kimi qiyməti artırır. Odur ki,qanunsuz yoxlamalar,”aylıqlar” və s. süni amillər yığışdırılmadan turizm sahəsində inkişafdan danışmaq mümkün olmayacaq. 
Bu gün ölkədə mehmanxana təsərrüfatı və digər turist müəssisələri var. Hazırda mehmanxana təsərrüfatı pillə-pillə inkişaf edir. İş adamlarımız yalnız dörd və beşulduzlu hotellər inşa etdirərək istifadəyə verir. Ancaq iki və üçulduzlu otellər də lazımdır. Çünki bu cür mehmanxanalara qoyulan xərc azdır. Nəticədə bu da qiymətə təsir edir. Qiymətlər aşağı olanda da tələbat çox ola bilər. Bu, markentiqin prinsipidir.
Turizm sahəsində kadr potensialının çatışmazlığı, süni maneələr və təbii ki, “birdən varlanmaq” istəyi qaldıqca ölkəmiz bu sahədə qonşulara uduzmaqda davam edəcək. Son zərbə isə yenə də hamımıza dəyir!
Rubrika.Az
 

Son xəbərlər

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Bütün xəbərlər