{category-title}

Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri təsdiqləyib.

Dekabrın 1-də Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərar dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional strukturun formalaşdırılması məqsədi daşıyır.

Qeyd olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər daxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid platformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılmışdır. Bu istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Qərar ilə Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusional statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də rəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC adı altında fəaliyyət göstərəcək.

Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.

Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın artırılmasına mühüm töhfə verəcək.

Son xəbərlər

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Bütün xəbərlər