{category-title}

XİN Azərbaycan və NATO münasibətləri haqda

 

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 1994-cü il 4 may tarixində NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 illiyinə dair bəyanat yayıb.

XİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:

"25 il bundan öncə bu gün Azərbaycan Respublikası Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulub. 1994-cü ilin 4 may tarixində Ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət etdi və Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzaladı. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.

NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür.

SNT proqramı şübhəsiz ki, Alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avro-Atlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir.

NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.

Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığımızın başlanğıcından bəri zirvə bəyannamələrində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə və münaqişənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını alqışlayır.

Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.

Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir.

Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir".

Son xəbərlər

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

Bütün xəbərlər