{category-title}

Sahil Babayevin işçiləri də belə narazılıq yaradır... - "Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik..."

 Bu gün, mayın 1-də bir qrup gözdən əlil Prezident Administrasiyası (PA) önündə aksiya keçirib.

Onlar əsasən iki məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər.

Şikayətçilər qeyd ediblər ki, onlara baxan şəxsə ödəniləcək 50 manat vəsaitdən ötrü ayrıca kart açılmasına ehtiyac yoxdur. «Əvvəla biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, sənəd toplanması barədə məlumat verdilər, bu da uzun sürən prosesdir. Odur ki, həmin vəsaitin də bizim əlilliyə görə müavinət aldığımız karta ödənilməsini istəyirik», – aksiya iştirakçılarından biri vurğulayıb.

Aksiya iştirakçıları deyiblər ki, əsas istəkləri ödənişlərin vahid kartda birləşdirilməsidir.

Onların bəziləri də, eyni zamanda, təqaüdlərinin ümumilikdə azlığından şikayətləniblər. Şikayətçilərin demələrinə görə, istəyirlər ki, Administrasiyanın məsul əməkdaşlarından kimsə onları qəbul etsin və sözlərini həmin şəxsə çatdırsınlar.

Bir müddətdən sonra gözdən əlillər PA-nın qarşısını tərk ediblər. Demələrinə görə, onlara bildirilib ki, şikayətləri araşdırılacaq.

Xatırladaq ki, bu il fevralın 25-də dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda iki yeni prezident təqaüdü təsis edilib.

Onların birində I qrup əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində prezident təqaüdünün təsis edilməsi nəzərdə tutulub.
 

Son xəbərlər

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bütün xəbərlər