{category-title}

Ölkə sənayesinin müasir vəziyyəti və inkişaf problemləri müzakirə olunub

 

Aprelin 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda ilk dəfə olaraq respublika elmi-praktiki konfransı keçirilib. Konfrans Təhsil Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC və ali məktəbin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində ali məktəbin bir qrup professor–müəllim heyəti - konfransın təşkilat komitəsinin üzvləri əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında olub. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Fuad Pənahov sənaye parkları, burada rezidentlər və investorlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. O, parkın tərkibinə daxil olan Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının fəaliyyəti və rezidentlər tərəfindən istehsal olunan məhsullar haqqında ətraflı bəhs edib.

Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkı elm və təhsil müəssisələri arasında əməkdaşlığa böyük önəm verir. Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Gələcəkdə digər təhsil ocaqları ilə də əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır.

Memarlıq və İnşaat Universitetinin Elm və texnika işləri üzrə prorektoru Arif Şərifov bildirib ki, təmsil etdikləri ali məktəbdə ümumi iqtisadi ixtisaslarla yanaşı, kimya mühəndisliyi, mexanika mühəndisliyi, memarlıq və inşaat mühəndisliyi, sənayenin təşkili və idarə olunması və digər bu kimi ixtisaslar üzrə kafedralar fəaliyyət göstərir. O, tələbələrin istehsalat təcrübəsi keçməsini və gələcəkdə müvafiq işlə təmin edilməsini universitetin qarşısında dayanan əsas hədəflərdən biri olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın səmərəliliyi, AzMİU-nun Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlığının zəruriliyi və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlı və konstruktiv müzakirələrlə yadda qalan görüşdən sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan "Azertexnolayn" MMC-nin polad boru və hidrotexniki avadanlıqların istehsalı zavodu, eləcə də müəssisənin laboratoriya otağı və istehsal prosesi ilə yaxından tanış olublar.

Aprelin 30-da universitetin akt zalında keçirilən elmi-praktiki konfransın plenar iclasında ali məktəbin professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin deputatları, ölkəmizin görkəmli iqtisadçı alimləri, dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Memarlıq və İnşaat universitetin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova konfransın elmi və praktiki əhəmiyyətindən danışaraq, onun əsas məqsədinin Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafı üçün vacib rol oynayan texnoparkların yaradılması problemlərinin həlli yollarının araşdırılması və əsaslandırılması olduğunu bildirib.

“Konfransımız ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilir”, - deyən G.Məmmədova ali məktəbin kollektivinin Ulu Öndərin universitetin inkişafına, memar kadrların hazırlığına göstərdiyi diqqəti həmişə hörmətlə yad etdiyini bildirib.

Rektor qeyd edib ki, 4 fakültə ilə fəaliyyətə başlayan AzMİU–də bu gün 7 fakültə üzrə tədris aparılır. Universitetin 5 tədris korpusu, tələbə şəhərciyi var. Ali məktəbin nəzdində İnşaat Kolleci və texniki təmayüllü lisey fəaliyyət göstərir. Ümumilikdə bakalavr, magistratura, kollec, lisey və doktoranturada 8500 nəfər təhsil alır. O, ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şəraitin yaradıldığını, bu sahəyə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini, Prezidentin universitetin inkişafı, maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm sərəncamlar verdiyini bildirib.

Konfransın mövzusunun aktuallığına diqqət çəkən G.Məmmədova innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunduğunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, professor Ziyad Səmədzadənin plenar iclasda çıxışı “Azərbaycanda texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti” mövzusunu əhatə edib. “Zaman elmi ideyaların çox sürətlə istehsalata çatmasını və məhsula çevrilməsini tələb edir”, - deyən akademik, ideyanın məhsula çevrilməsi yolunun maksimum qısa olmasının zərurətindən danışıb. O, innovativ texnologiyaların sürətlə inkişaf etməsinin elm və texnologiya tandeminin hesabına mümkün olduğunu vurğulayıb. Bu baxımdan, elm, təhsil və istehsalın ən uğurlu inteqrasiya modeli kimi texnoparkların təcrübəsindən bəhs edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov “Sənaye parklarının ölkə iqtisadiyyatında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanda elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır.

Qeyd edilib ki, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb, yaxud yaradılmaqdadır. Artıq sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Ölkəmizdə 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib. Bu layihələrə 2,8 milyard manat investisiya yatırılıb və 22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycanda ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında infrastrukturun yaradılması dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Bu da investisiya layihələrini daha səmərəli edir. Hazırda parkda 18 rezident fəaliyyət göstərir.

Daha sonra İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin “Dayanaqlı sənayenin inkişafı: tədqiqat və tətbiq prioritetləri”, AzMİU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının professoru Ədalət Əliyevin “Texnoparkların ümumi xüsusiyyətləri, təsnifatı və Azərbaycanda inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib. Həmçinin universitetin “İnşaat materiallarında nanotexnologiyalar elmi-tədqiqat laboratoriyası”nın elmi rəhbəri Eldar Şahbazov da çıxış edib.

Konfrans işini bölmələr üzrə davam etdirib.

Tədbirin elmi toplusunda ölkəmizin 21 ali məktəb və elmi-tədqiqat institutlarından təqdim olunan 130-a yaxın məqalə yer alıb.

Son xəbərlər

IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək

ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır

İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb

Prezident Şuşaya getdi - Fotolar

İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib

Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

Bütün xəbərlər