{category-title}

Azərbaycanın Baş naziri Rusiyanın sənaye və ticarət naziri ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirərək deyib: “Bir-birinin marağına hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələri əhatə edir. Əminəm ki, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək”.

Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini vurğulayaraq bu tədbirin, həmçinin sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycanda qeyri-neft sənayesi sahələrinin davamlı inkişafına, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərildiyini bildirən Baş nazir ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Pirallahı Sənaye Parkı barədə ətraflı məlumat verib.

Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edən rusiyalı nazir aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. Denis Manturov bildirib ki, ölkələrimiz arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır.

Söhbət zamanı neft-kimya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

Bütün xəbərlər