{category-title}

Üç ayda 195-2 Çağrı mərkəzinə 5700-dən çox müraciət daxil olub

 

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 2 min 712-si canlı rejimdə birbaşa, 611-i isə səsli menyu vasitəsilə olmaqla 5 min 700-dən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı mərkəzinə 87 minədək müraciət daxil olub.

Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bütün xəbərlər