{category-title}

"Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir" - GİLEY

  Binəqədi rayonu, 28 May qəsəbəsi, Izlivnoy küç., ev 2- ünvanda yaşayan Abdilov Elşən Abdulkərim oğlu tərəfindən Prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Müşfiqabad qəsəbəsində fərdi evimizdə yaşayıram. Bu ilin fevralın 24-də 2019-ci ildə gecə saat 2 radələrində qaz sayğacı partlamışdır.

Dərhal da 104 qaz xidmətinə zəng edib məsələni anlatdım. Bir gün sonra aidiyyatı üzrə işçilər gəlib qaz sayğacına baxış keçirdilər. Eləcə də Fövqəladə Hallar Nazirliyindən də gəlmişdilər. Hər hansı bədbəxt hadisənin baş vermədiyini bildikdən sonra qeyd etdilər ki, bizlik bir iş yoxdur, sayğacda yanğın söndürülüb. Qaz işçiləri isə qeyd etdilər ki, yenidən gedib sayğac almalısınız. Biz də gəlib quraşdıra bilərik.

Bir sözlə, evimə quraşdırlımış G4 markalı smart-kart sayğacına gecə vaxtı təbii qaz axınını artması və nəticədə təzyiqin dəflərlə yüksəlməsi nəticəsində sayğac partlamış və yanğın baş vermişdir. Nəticədə tam yararsız hala düşən sayğacı dövlətin işçiləri gəlib tədbir görmək əvəzinə, get təzədən 262 manat rüsum ödə məsləhət verirlər. Mən bu məsuliyyətsiz qaz işçilərinin məsləhətinə haqlı olaraq baxmaq istəmirəm. Çünki mən bir vətəndaş olaraq qaz xəttində təzyiqin kəskin artması mənim günahım ucbatından baş verməyib və sayğaca mən müdaxilə etməmişəm ki, o yararsız hala düşüb. Budur 2 aydır ki, evimə qaz verilişi dayandırılıb. Qaz işçiləri məsuliyyəti mənim üzərimə qoyurlar. Axı mən necə yolda quraşdırılmış qaz sayğacına müdaxilə edə bilərəm. Eləcə də digər qonşularda da sayğaclarda anormallıq yaranmışdır. Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir. Eşidən yoxdur. Bəlkə mənim bundan sonra 2 il qaz sayğacı almağa pulum olmayacaq Deməli, qaz məmurlarının dar düşüncəsinə və məntiqinə görə qaz istehlakından məhrum olmalıyam.

Hesab edirəm ki, mənim qaz sayğacının partlayaraq yararsız hala düşməsində heç bir günahım yoxdur və SOCAR rəhbərliyindən və “Azəriqaz” İB-nin sədrindən xahiş edirəm ki, savadsız işçilərini əvvəlcə başa salsınlar ki, qaz xəttində yüksək təzyiqin əmələ gəlməsində ona nəzarət edən mühəndisin məsuliyyətini müəyyənləşdirsinlər və bundan sonra dərhal gəlib öz hesablarına mənim qaz sayğacımı yeniləsinlər.

Cənab Prezident! Ölkəmizin indiki ağır müharibə şəraitində olduğunu və biz kasıb insanların dolanacağının ağırlığını nəzərə alaraq süni surətdə başımıza oyun açan, bizi dövlətdən narazı salmağa çalışan “Azəriqaz” İB-nin Abşeron rayonu üzrə məsuliyyətsiz qaz idarəsi işçilərinin qeyd etdiyim sabotaj fəaliyyətlərinin araşdılıması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildiriəm".

Son xəbərlər

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Bütün xəbərlər