{category-title}

“Əmrahbank”ın aldatdığı 77 yaşlı rus qadın İlham Əliyevə müraciət etdi - MƏTN

 "Əmrahbank”ın vəzifəli şəxsləri tərəfindən dələduzluğa məruz qaldığını və külli miqdarda pulunun mənimsənildiyini iddia edən 77 yaşlı Azərbaycan vətəndaşı Qalina Burlaçuk Aleksandrovna prezident İlham Əliyevə müraciət edib. 

BakuPost.az olaraq daha əvvəl də "Əmrahbank”da başına gətirilənlərlə bağlı material yayımladığımız yaşlı qadının ölkə başçısına müraciətini təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli cənab prezident!

Mən 11 il müddətində "Əmrahbank”ın qeyri-qanuni fəaliyyətindən zərər çəkmiş biri olaraq bildirmək istəyirəm ki, sözügedən bank tərəfindən mənim pul vəsaitimin mənimsənilməsi ilə bağlı Respublikanın icra və qanunvericilik orqanları və digər aidiyyəti orqanlara müraciət etmişəm. 

Lakin Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Mehman Hümbətov 2018-ci ilin may ayından bəri mənim şikayətlərim üzrə cinayət işlərinə heç bir hüquqi reaksiya vermir. Mən və mənim vəkilim sözügedən adamdan cinayət işinin istintaqının dayandırılması və ya davam etdirilməsi ilə bağlı məlumat ala bilmirik. 

Mənim apelyasiya şikayətlərim qanunun tələblərinə və Cinayət Prosessual Məcəllənin normalarına zidd olaraq yoxlanılmır. Əksinə, qanunu pozan insanın özünə baxılmaq üçün göndərilir. O isə cəzasız qalacağından əmin olduğu üçün işlə maraqlanmır, hətta mənim yazılı müraciətlərimə belə cavab vermir.
Beləliklə də, mən onun qanunsuz hərəkətlərinə qarşı etiraz etmək üçün konstitusion hüququmdan məhrum oluram. 

Eyni zamanda mənim baş prokurora müraciətlərim də cavabsız qalır. 

Siz Azərbaycan Respublikasının Prezidenti kimi vətəndaşların konstitusiya ilə qorunan haqlarının müdafiəçisisiniz. Mən də tənha, köməksiz, dul, 77 yaşlı Azərbaycan vətəndaşı kimi haqlarımın müdafiəsində dayanmağınızı xahiş edirəm. 
Hörmət və ümidlə Burlaçuk Qalina Aleksandrovna”.

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər