{category-title}

Gürcüstan gömrüyündə işləyən erməni azərbaycanlılara “göz verir, işıq vermir” - GİLEY

 

Sozcu.az saytına Gürcüstan-Azərbaycan, “Sınıx Körpü” Gömrük Keçid Məntəqəsində işləyən erməni əsilli məmurun Azərbaycan vətəndaşlarına qarşı yaratdığı problemlərlə bağlı növbəəti şikayət məktubu daxil olub.

Şikayət ünvanlayan Qazax rayon sakinləri bildirirlər ki, keçid məntəqəsinin Gürcüstan tərəfində işləyən Gürcüstan vətəndaşı, erməni əsilli məmur Azərbaycan və Türkiyə vətəndaşlarına qanunsuz cərimələr yazaraq, onlara süni problemlər yaradır. Dəfələrlə olub ki, Türkiyə Cümhuriyyətinin vətəndaşları olan yük maşını sürücüləri ilə aralarında ciddi problemlər yaranıb.

Şikayətçilər bildirirlər ki, erməni məmur Gürcüstan Respublikasının özünün qanunlarına görə, 30 dəqiqə dayanma işarəsinə belə məhəl qoymadan, “burda qanunları mən qoyuram” – deyərək, Azərbaycan vətəndaşlarını təhqir edir, qanunla icazə olan müddətə dayanmağa imkan vermir. Qanun tələb edənlər isə onun tərəfində cərimələnir.

Gürcüstan gömrüyündə işləyən erməni azərbaycanlılara “göz verir, işıq vermir” - GİLEY
Şikayətçilər qeyd edirlər ki, erməni məmura, onun haqqında səfirliyə şikayət edəcəklərini dedikdə, cavabı bu olur: “istəyirsiniz dövlətinizin başçısı İlham Əliyevə şikayət edin”. Aprel ayının 7-də isə, həmin adamın azərbaycanlı qadınları gürcü dilində təhqir edən zaman məsələyə qarışan azərbaycanlıları da təhdir edərək, “bütün buralar gürcü torpaqlarıdır. Hətta sizin bayrağınızın yeri də, Gürcüstan ərazisinə aitdir” -deyərək təhdid edib. Bu hadisə isə, Azərbaycan Respublikasının Dövlət Bayrağının 2 metrliyində baş verib.

Şikayətçilər bildirirlər ki, gömrükdə işləyən erməni əsilli məmur Gürcüstan və Azərbaycan arasında problemlərin yaradılması üçün bütün imkanlarından istifadə edir. Həmin məmur keçid məntəqəsində işləyənə qədər, heç bir ciddi problemlər yaradılmayıb.

P.S. Xatırladaq ki, erməni əsilli məmurla bağlı keçən saylarımızda məlumat versək də, hələki bununla bağlı bir tədbir görülməyib. 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər