{category-title}

Beyləqanda məmur yeyintisi... - İDDİA

 

 

“Azəravtoyol” Dövlət Agentliyinin nəzarəti altında tikilən Mingəçevir-Bəhrəmtəpə yolunun inşasını həyata keçirən “Polat Yol Yapı” türk şirkəti Beyləqan rayonunun Binnətli kəndində işini görüb qurtarandan sonra şirkətin fəaliyyətindən dərin problem miras qaldı

Şirkətin həndəvərdə yerin təkinin qanunsuz istismarı yolu ilə yol geyiminin tikintisində istifadə edilmək məqsədi ilə əldə etdiyi qırmadaşı, çınqıl və digər xammalın qazılıb çıxarıldığı yerdə böyük bir göl yaranmışdır.

Beyləqan Rayon İcra Hakimiyyəti və RİH-nin nəzdindəki Fövqəladə Hallar Komissiyası, eləcə də tikintiyə nəzarəti həyata keçirən “Azəravtoyol” Dövlət Agentliyi, Avtomobil yollarının istismara qəbulu üzrə Dövlət Qəbul Komissiyası şirkətdən işi (yolun müvafiq mərhələsini, buraxılış kompleksini) təhvil almamalıydılar və şirkətin gölü qurutmasına nail olmalıydılar.

Qurudulma işlərinə isə ən azı 150-200 min manat sərf olunmalıydı. Belə çıxır ki, türk şirkəti bu xərcə düşməmək üçün yerli inzibati resurslarla sövdələşib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri QAYDALARI”nın 3-cü maddəsinin 4-cü bəndinə əsasən, yolun torpaq yatağı tikilən zaman, əgər ətrafdakı torpaq sahəsində su yığılması və ya bataqlıq yaranması ehtimalı varsa, mövcud su axıdıcı qurğular bərpa edilməli və ya yeni qurğular tikilməlidir. Türk şirkəti bu işləri görməyib.

Yaranmış gölün qurudulmaması isə inşa olunmuş strateji əhəmiyyətli bu yolun yaxın gələcəkdə çökməsi təhlükəsini vəd edir. Türk şirkətinin Azərbaycan dövlətinə milyonlarla manat ziyan vurmaq təhlükəsi vəd edən səhlənkarlığına nəyinsə müqabilində göz yuman yerli işbaz ortaqları isə bu ayıbı örtmək və öz günahlarını yumaq üçün guya gölün elə əvvəllər də mövcud olduğu barədə saxta sənədləri dövriyyəyə buraxıblar, göldən isə indi dəbdə olan, qarşısında yaşıl işıq yandırılan və dövlət rəhbərliyinin alqışladığı sahibkarlıq fəaliyyəti növü sayılan balıqyetişdirmə təsərrüfatı qurulub.

Bildirilir ki, həmin saxta arayışlar Binnətli Bələdiyyəsinin sədrinin və Beyləqan RİH başçısının Binnətli inzibati ərazi vahidi üzrə nümayəndəsinin imza və möhürləri ilə təsdiqlənib. O vəzifəli şəxslərin isə “vur” deyənləri Beyləqan RİH başçısının fərasətli müavini Məhəmməd Qələndərovdur. Bir də deyilir ki, məlum “göydəndüşmə” balıqyetişdirmə təsərrüfatının faktiki sahibi Qida Sənayesi Dövlət Agentliyinin regional idarəsinin rəisi Bulud Aslanovdur.

Məlumata görə, Beyləqanda balıq monopoliyası yaradan B.Aslanov sözügedən vətəgə təsərrüfatını yaxın qohumunun adına rəsmiləşdirib. Göründüyü kimi, əvvəllər də başqa korruptiv sövdələşmələrdə adı hallanan, KİV-də, eləcə də saytımızda tənqid olunan Məhəmməd Qələndərov yenə öz köhnə ampluasındadır. Zülmətdəki hansı daşı qaldırsan, hansı gölməçəyə, hətta Şrekin bataqlığına belə qırmaq atsan, altdan onun adı çıxır.(RealMedia.az)
 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər