{category-title}

Masallı icra hakimiyyəti üzr istəmək əvəzinə... - BU ƏMƏLƏ NƏ AD VERMƏK OLAR?

 Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.

PressXeber xəbər verir ki, unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəm ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:

"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki, əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi". Bunu Damlanın səhifəsində də görə bilərsiniz.

Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər".

Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib.
 

Son xəbərlər

Başlıbel qətliamından 33 il ötür

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir

Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi

Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək

Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib

Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT

Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib

"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq"

Sabah 23 dərəcə isti olacaq

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"

Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib

"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

Bütün xəbərlər