{category-title}

"İsfəndiyar bundan sonra..." - Şəhid polkovnikin həyat yoldaşı yeni mənzilindən DANIŞDI

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Məsələ ilə bağlı Unikal.org-a Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova bildirib ki, Mehriban xanım Əliyevanın birbaşa göstərişi ilə Nərimanov rayonu ərazisində onlara 3 otaqlı ev verildi:

"Məsələ bu gün səhər öz həllini tapdı. Dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyeva çox sağ olsunlar. Biz bu günləri o, insanların sayəsində övladlarımızı saxlayırıq. Mən onsuz da onlara arxayın idim. Bizi sadəcə incidən "Şərurlu İsfəndiyar" idi. Bu, bir daha sübut etdi ki, Azərbaycanda heç kəs şəhid ailəsinə qarşı artıq-əskik hərəkət edə bilməz. Mehriban xanım şəxsən bizim məsələyə qarışdı və öz həllini tapdı. Bu gün yeni mənzilə görə, bizimlə müqavilə bağlanacaq".

Nəcibə Axundova "Şərurlu İsfəndiyar"a bir daha müraciət edərək bildirib:

"Biz sizdən öz vəsaitimiz hesabına aldığımız mənzilimizi istəyirdik. Siz vəkiliniz vasitəsilə deyirdiniz ki, mən şəhid ailəsi tanımıram, iş adamıyam. Mən də buradan sizə deyirəm ki, sizin biznesinizin bu torpaqda qurulması üçün, nə qədər oğullar canından keçib, şəhid olub. Ölkə başçımız, Mehriban xanım bir daha ona göstərdilər ki, sən əgər bu torpaqda biznesini qurumusansa, bu torpaq uğrunda canını verən, qanını tökən vətən övladlarına hörmət eləməlisən".

Nəcibə Axundova həmçinin məsələni gündəmdə saxladıqlarına görə, ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə də dərin təşəkkürünü bildirib: “İnanırsınız, mənim KİV-lərdə yazılanlardan xəbərim yox idi. Elə bilirdim ki, mətbuatımızın bundan xəbəri yoxdur. Amma gördük ki, bizim mətbuat orqanlarımız da şəhid ailələrinə nə qədər hömətlə yanaşır. Bizim məsələ ilə bağlı, bütün KİV-lər “özləri ayağa qalxmışdı”. Mən yerli KİV-lərimizə ailəm adından öz təşəkkürümü bildirirəm”.
 
0

Son xəbərlər

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Bütün xəbərlər