{category-title}

Azərbaycan və UNESCO əlaqələrinin hazırkı vəziyyəti müzakirə edilib

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan UNESCO əlaqələrinin hazırkı vəziyyəti, mayın 2-3-də UNESCO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyulda Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb. Ə.Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın idealarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirib. Təşkilatın baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə UNESCO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını diqqətə çatdırıb.

Nazir Ümumdünya İrsi və Qeyri - Maddi Mədəni İrsin Reprezentativ siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım O.Azuleyeyə məlumat verib. Həmçinin Dünya İrs Komitəsinin sədri kimi ölkəmizin dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını qeyd edib.

O. Azulye qeyd edilən məsələlərin UNESCO üçün də ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və aprelin 25-26-da Cenevrədə reallaşacaq hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı tədbir çərçivəsində nazirlər paneli barədə məlumat verərək, Ə.Qarayevi həmin tədbirlərə dəvət edib.

 

Son xəbərlər

Elşad Abdullayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Bütün xəbərlər