{category-title}

Yerində olmayan nazir... - Qarayevin sirk davası...

 

Mədəniyyət Nazirliyinin fəaliyyətinin qənaətbəxş olmadığı barədə dəfələrlə yazılıb.

Nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi qurumun fəaliyyətinə ötən ilin aprel ayında verilən qiymətlə nazirliyin tabeliyində olan turizm sektoru ondan alındı. Beləliklə bu sahəyə artıq Dövlət Turizm Agentliyi nəzarət edir. Uzun illər Mədəniyyət və Turizm Nazirliyi adı altında fəaliyyət göstərən qurum isə hər iki sahədə olan çatışmazlıqlarla yadda qaldı. Hazırda Əbülfəs Qarayev təkcə ölkənin mədəniyyət sahəsinə cavabdehlik daşıyır. Amma necə? 

Nazir “ASAN Radio”nun “QəbuldASAN” proqramında Azərbaycanda bəzi kitabxanaların bağlanacağını deyib. Bunu Azərbaycanda Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçidlə əlaqələndirib. “Sistemə keçid, ümumilikdə, kitabxanaların bağlanması demək deyil. Burada kitabxana işinin təkmilləşdirilməsi əsas məqsədimizdir. Kitabxanalar bağlanmamışdan əvvəl orada çalışan əməkdaşların işlə təmin olunması da bizim diqqətimizdədir. İnsan faktoru nəzərə alınacaq. Söhbət kiminsə işdən azad olunmasından getmir. Biz artıq bu layihə ilə bağlı işlər aparırıq. İki ay ərzində layihə hökumətə təqdim olunmalıdır”,-deyə nazir bildirib.

Kitabxanaların bağlanmasından danışan nazir yeni sirk binasının inşa ediləcəyini də deyib. Əbülfəs Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:

“Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı gəlib çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq.

Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.

Məlumdur ki, bu gün Azərbaycanda insanların kitaba marağı, mütaliəsi kifayət qədər zəifdir. Burada paytaxtın bir çox yerlərində kitabxanaların bağlanması da xüsusi rol oynayıb. Məsələn, Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində yalnız 1 kitabxana fəaliyyət göstərirdi. Doğrudur, onun da yalnız adı var idi, o da təmir edilmək əvəzinə 6-7 il əvvəl tamamilə ləğv olunub. Hazırda kitabxananın yerində çayxana fəaliyyət göstərir.

Bu, ancaq bir nümunədir və Mədəniyyət Nazirliyinin kitaba, kitabxanaya verdiyi dəyərin ən bariz göstəricisidir. Rayonların əksəriyyətində, xüsusilə də kəndlərdə kitabxanaların yalnız adı var. İndi də mədəniyyət naziri kitabxanaları bağlayıb, yeni sirk binası tikməklə mədəniyyəti yeni “töhfə vermək” istəyir. Bu da Əbülfəs Qarayevin adına yazılan daha bir “tarixi xidmət” olacaq. Əslində nazirin yeni sirk binası tikmək haqqında düşünməsi anlaşılandır. Turizm sahəsi nazirlikdən alınandan sonra Ə.Qarayevin “gəlirlərində” ciddi azalma baş verib. Azalan gəlirləri kompensasiya etmək üçün isə ən yaxşı çıxış yolu tikintidir. Hesablama Palatasının apardığı yoxlamalar zamanı Mədəniyyət və Turizm Nazirliyində aşkarlanan milyonlarla manat mənimsəməyə görə nazir də daxil olmaqla, hələlik heç kim cəzalandırılmayıb. Qeyd edək ki, Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında təsdiq olunan hesabatın nazirliyin külli miqdarda yeyintiyə yol verdiyi göstərilir. 

Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat məbləğində vəsaiti əhatə edib. Sənəddə qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.

Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi də təmin olunmayıb.

Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin sərəncamında olan kino, teatr, kitabxana və sair sahələrin durumu nəinki yaxşı deyil, hətta acınacaqlıdır. Əvəzində nazir və əməkdaşları əyləncə, şou və istirahət “havasına” düşüb. Çünki nazir özü “Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”-deyir.
Cebhe.info
 

Son xəbərlər

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Bütün xəbərlər