{category-title}

İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti - GƏLİŞMƏ

 Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində “dəvəquşu” siyasətini davam etdirir. Paralel surətdə o, ikibaşlı, avantürist bəyanatlar verməklə açıq-aşkar vaxt udmağa, atəşkəs və işğal rejimini süni surətdə uzatmağa cəhd edir.

Paşinyanın işğal altındakı Dağlıq Qarabağa, qanunsuz yolla, “arxa qapı”dan keçərək, orada Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi, Azərbaycanla yanaşı, ATƏT-in Minsk Qrupu həmsədrlərinə də həqarət sayılmalıdır. O həmsədrlər ki, bu günlərdə rəsmi Bakı ilə həmrəylik nümayiş etdirərək, sülh danışıqlarına dair formatı birtərəfli qaydada işğalçı ölkənin xeyrinə dəyişmək istəyən N.Paşinyanı məyus, onun təklifini rədd eləmişdilər.

Erməni baş nazir isə sanki heç nə olmayıbmış kimi, Xankəndində də özünün sərsəm mövqeyini davam etdirdi. Dünyada mövcud olmayan “Dağlıq Qarabağ xalqı”nın “pozulmuş hüquqları”ndan dəm vurdu, növbəti dəfə “Qarabağ erməniləri mənə səs verməyib, mən yalnız Ermənistanın adından danışa bilərəm” bəyanatını səsləndirdi.

Yaxud onun belə bir ikibaşlı və hiyləgər açıqlamasına diqqət edək: “Azərbaycan cəmiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyətinin deyil, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə aparılmalıdır... Mən təkcə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə də dialoq aparmağa hazıram. Ona görə ki, Ermənistan xalqı və ”Dağlıq Qarabağ xalqı" kimi (dırnaqlar bizimdir - “YM”) Azərbaycan xalqının da sülhpərvər xalq olduğuna əminəm".

*****

Paşinyanın bu kimi riyakar bəyanatları müstəqil siyasi ekspertlərin də sərt tənqidinə tuş gəlib.

“Dünyada hamı başa düşür ki, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin nizami hissələri yerləşib. Həmçinin orada xidmət keçən çağırışçı-əsgərlərin 80%-i Ermənistandan vətəndaşlarıdır. Eləcə də Dağlıq Qarabağın büdcəsi Ermənistan dövlətinin büdcəsindən birbaşa transfertlər hesabına formalaşır. O zaman hansı ”dövlət" və “xalq”dan söhbət gedə bilər?"

“Yeni Müsavat” xəbər verir ki, bunu rusiyalı siyasi yazar Mixail Belyayey “Vestnik Kavkaza” portalındakı növbəti təhlili məqaləsində yazıb.

Müəllif daha sonra bildirir: “İkincisi, erməni baş nazir tərəfindən Minsk Qrupunun 3 prinsipi və 6 bəndinin başa düşülməməsi qəribə görünür. Məsələn, bəndlərdən biri (Paşinyan üçün, demək olar, ən problemli olanı) Dağlıq Qarabağ ətrafındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasını nəzərdə tutur. Əvəzində Dağlıq Qarabağ təhlükəsizlik zəmanəti və aralıq status alır. Bu, həmin mütləq minimumdur ki, konfliktin həll olunmayacağı təqdirdə Qarabağda gec-tez qızışacaq yeni qanlı qətliamı önləmək üçün vacib sayılır. Ancaq məgər Nikol Paşinyan deyil ki, ucadan bəyan edib ”sülh əvəzinə torpaq" formulunu rədd edən? Yaxud məgər Ermənistan Xüsusi Xidmətinin rəhbəri Artur Vanesyan Füzulidən vəd edir ki, “Bir santimetr də torpaq verilməyəcək” və separatçılarla Füzulinin, Dağlıq Qarabağ ətrafında işğal edilmiş digər rayonların məskunlaşmasını müzakirə edir - haralardan ki, bütün azərbaycanlılar qovulublar və haralarda ki, ermənilər heç tarixən də yaşamayıblar (hərçənd tarix də qanunsuz ərazi iddiası üçün əsas ola bilməz - müəllif)".

Rusiyalı analitikə görə, ilk növbədə Nikol Paşinyanın özü və onun hökuməti Minsk Qrupunun prinsipləri və bəndələrini interpretasiya eləməsini izah eləməlidir, nəinki sırf vasitəçi struktur olan Minsk Qrupundan nəsə tələb eləməlidir. İrəvandan verilən bəyanatlardan isə belə çıxır ki, bu günə erməni interpretasiyası belədir: “Hər şey Ermənistana - Azərbaycana heç nə!” Bütün bunların ardınca Paşinyanın Azərbaycan xalqı ilə birbaşa dialoqa çıxmaq istəyinin səmimiliyi gülünc görünür. Təkrar edirik, heç bir “Dağlıq Qarabağ xalqı” mövcud deyil. Yalnız iki icma - Azərbaycan və erməni icması var. Azərbaycan icması Ermənistan və onun nəzarətindəki silahlı qüvvələr tərəfindən oradan sıxışdırılıb çıxarılıb, ondan sonra orada yalnız bir icma qalıb. Bu da sizə bütün “xalq”. Üstəlik, əgər Nikol Paşinyan humanizm oyunu oynamaq və özünün dediyi kimi, guya sülhpərvər azərbaycanlılarla ünsiyyətdə olmaq istəyirsə, o zaman danışıq üçün mövzular yetərincədir. Məsələn, o, nifrət elədiyi və türməyə saldırdığı general Manvel Qriqoryanın cinayətlərinə görə azərbaycanlılar qarşısında üzr istəyə bilər. Axı bu, bir faktdır ki, Manvelyan vaxtilə KİV-ə müsahibəsində fəxrlə demişdi ki, müharibədən sonrakı uzun illər ərzində azərbaycanlıları qul kimi saxlayıb. Biz daha Xocalıda, Qaradağlıda, Azərbaycanın digər yaşayış məntəqələrində törədilmiş kütləvi qətliamları demirik, çünki başa düşürük ki, bunlara görə üzr istəməyə Nikol Paşinyanın cəsarəti çatmaz. Ancaq heç olmasa, Qriqoryanın cinayətlərinə görə üzrxahlıqdan başlamaq olar - kimin ki, mənəvi siması Paşinyanın özünə də yaxşı məlumdur".

Rusiyalı siyasi şərhçiyə görə, belə bir addım parlamentdə durub “Konfliktin həlli hamı üçün, o cümlədən azərbaycanlılar üçün məqbul olmalıdır” bəyanatı verməkdən fərqli olaraq, Paşinyan tərəfindən “görünməmiş” addım olardı. “Bəs əgər həll variantı azərbaycanlılar üçün məqbul olmasa, o zaman Ermənistan işğalı dayandıracaq? Sual əlbəttə ki, ritorikdir”, - deyə Belyayev məqaləsinin sonunda qeyd edib.

*****

Rusiyalı təhlilçinin fikir və arqumentləri ilə razılaşmamaq mümkünsüzdür. Əfsus ki, bütün dünyanın Qarabağla bağlı bildiyi ən sadə həqiqətləri erməni tərəfi, onun siyasi rəhbərləri illərdir görməzlikdən gəlir, özlərini başını kola soxmuş “dəvəquşu” kimi aparırlar. Bu isə “dəvəquşu”na yaxşı heç nə vəd eləmir.

O da təəssüf doğurur ki, Qarabağ müharibəsində iştirak eləməyən, əli azərbaycanlıların qanına batmayan, “müharibə partiyası”nın üzvü olmayan Nikol Paşinyan indi sələflərindən də radikal mövqe sərgiləyir, Xocalı hərbi caniləri - eks-prezidentlər Serj Sərksiyan və Robert Köçəryandan da davakar ritorika sərgiləyir. Demək, müharibə qaçılmaz olacaq. Demək, son sözü Azərbaycan ordusu deyəcək - baxmayaraq ki, böyük sülh üçün kövrək şanslar hələ tam itirilməyib...
 

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Bütün xəbərlər