{category-title}

BDU-nun korrupsioner kadrları təşvişdə - İDDİA

 Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib. Baş tutan təyinatla bağlı rektor Elçin Babayev açıqlama verərək hər zaman mətbuata açıq olacaqlarını və ona böyük etimad göstərdiyinə görə prezidentə təşəkkürünü bildirdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Bundan sonra isə təhsil nazirinin əmri ilə, eyni zamanda nazir müavini vəzifəsində qalacaq Firudin Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. F. Qurbanov elə həmin gündən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

AzFakt.com-a daxil olan məlumata görə Firudin Qurbanov keçmiş rektora yaxın olan və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlıya, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Hacıyevə və “Gənc istedadlar” liseyinin direktoru Qasım Hüseynova onların qanunsuz əməlləri barəsində məlumatlı olduğunu bildirərək xəbərdarlıq etsə də, onlar öz köhnə əməllərindən hələ də əl çəkməyiblər. Bildirək ki, bu üç şəxsin BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla çox yaxın münasibətləri olub. Həmin şəxslər BDU-da çalışdığı illər ərzində rektorun inamını qazandıqlarından, A.Məhərrəmovun dəstəyi sayəsində BDU-dan müxtəlif maxinasiyalarla əldə etdikləri milyonlarla manat vəsaitlə özlərinə Bakı şəhərində və bölgələrdə çoxlu evlər, villalar, obyektlər alıblar.

Bu yaxınlarda mətbuatda həmin prorektorlardan, həm də BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə şagird qəbulu ilə bağlı məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd edilirdi ki, hər il V sinif üzrə keçirilən qəbul imtahanlarında öz savadına, biliyinə arxayın olan şagirdlər iştirak edərək liseyə qəbul olunur. Ancaq bu gün liseydə istedadlı şagirdlərlə biliyi müqayisə oluna bilməyənlərə də tez-tez rast gəlinir. Həmin şagirdlərin ora necə qəbul olunmasını isə liseyin direktoru professor Qasım Hüseynovdan soruşmaq lazımdı.

AzFakt.com-a verilən məlumata görə“Gənc istedadlar” liseyinə təsadüfü düşməyən şagirdlərin demək olar ki, hamısının valideyini ya məmur yada iş adamıdı. Bu isə o anlama gəlir ki, məmur və binesmenlərdən rüşvət almaqla onların övladları “Gənc istedadlar” liseyinə yerləşdirilib. Qeyd edək ki, liseyə şagird qəbulu üçün alınan rüşvətin bir hissəsinin sabiq rektor Abel Məhərrəmova çatması BDU-da hər kəsə məlumdur. Hətta rektora daha çox pul çatdığı üçün Q.Hüseynovun A.Məhərrəmovdan bir neçə dəfə narazılığını dilə gətirdiyi deyilir.

AzFakt.com-a verilən məlumatda bildirilir ki, yeni rektor təyinatından ən çox narahat olan müəllimlərdən biridə məhz “Gənc istedadlar” liseyinnin direktoru Qasım Hüseynovdu. Amma sabiq rektorun yaxın adamları olan və BDU-da korrupsiyanın əsas “üç bucağı” kimi tanınan Elçin Babayev Sani Hacıyev, Nəbi Ramazanlının da narahatçılıq içində olduqları deyilir.
Ümid edirik ki, yeni rektor ölkənin bir nömrəli təhsil ocağı olan BDU-da ciddi islahatlar aparacaq və universiteti yuxarıda adlarını çəkdiyimiz korrupsioner kadrlardan təmizləyəcək.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bütün xəbərlər