{category-title}

Azərbaycan hava nəqliyyatında regional yardım mərkəzinə çevrilə bilər

 

İspaniyanın paytaxtı Madriddə keçirilən "World ATM Congress 2019" tədbiri çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) törəmə strukturu "Eurocontrol"un direktoru Co Sultanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə “Report”a AZAL-dan bildirilib. 

Məlumata görə, görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri, "Eurocontrol"un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunub, AZANS və "Eurocontrol" arasında sazişin imzalanmasının zəruriliyi qeyd edilib. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcək.

Bu il fevralın 27-28-də Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olub. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artıb.

"World ATM Congress" hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab edilir. Hər il burada, təxminən, 10 min nəfər iştirak edir.

AZANS Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir və hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir. Onlardan 300-ü tranzit reyslər yerinə yetirir.

""Eurocontrol" 41 üzv dövlətdən və xüsusi razılaşması olan 2 dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Qurum tərəfdaşları ilə birlikdə hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səması yaratmaq niyyətindədir. 

Son xəbərlər

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Bütün xəbərlər