{category-title}

Bəstəkarlar İttifaqında musiqişünas-alim Səadət Abdullayevanın xatirəsi anılıb

 

Martın 13-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, sənətşünaslıq elmləri doktoru Səadət Abdullayevanın xatirəsi anılıb. Tədbirdə, həmçinin alimin xatirəsinə həsr olunmuş “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” və “Nizamidə musiqi. Musiqidə Nizami” kitablarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq tanınmış alimin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, elə insanlar var ki, onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Səadət xanım belə insanlardandır. “Səadət xanım bir amalı seçib və həyatı boyu bu amal üçün xidmət göstərib. Onun kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri bizim elmimizi çox zənginləşdirib. Alətşünaslıq böyük elmdir, bizim qədim alətlərə maraq, onları bərpa etmək, öyrənmək, orkestr üçün işləmək çox lazımlı və musiqişünaslığa aid sahədir. Səadət xanım alətşünaslıq elminə müraciəti Azərbaycan xalqının milli dəyərlərə yenidən baxışı ilə üst-üstə düşdü. Biz elə dövrdə yaşayırıq ki, artıq bu məsələlər siyasi məna da daşıyır. Bizim təkcə musiqimizə, muğamımıza, xalq mahnılarımıza deyil, alətlərimizə də təcavüzlər özünü göstərir. Bu baxımından Səadət xanımın tədqiqatları təkcə musiqişünaslığa böyük töhfə deyil, eyni zamanda, siyasi baxımdan da çox önəmli və lazımlı işlərdir”, - deyə Xalq artisti vurğulayıb.

Bildirilib ki, “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” kitabında çox böyük sevgi ilə musiqişünasın həyat və yaradıcılığının əsas tarixləri, ömrünün önəmli günləri qeyd olunur, təhsil illəri, elmi-pedaqoji fəaliyyəti işıqlandırılır. Dərc olunmuş əsərləri, tədris-metodiki və elmi-kütləvi işləri, kitablarının məzmunu və onlara yazılan rəylər, dissertantlara elmi rəhbərliyi, rəsmi opponentliyi, redaktoru olduğu kitablar və dərs vəsaitləri haqqında məlumat verilir. Onun musiqişünaslığımıza gətirdiyi elmi yeniliklər, araşdırmalarının təcrübi əhəmiyyəti, alətşünaslığa, təsviri sənətə dair tövsiyələri, musiqimiz və çalğı alətlərimizə aid fikirləri açıqlanır. “Nizamidə musiqi. Musiqidə Nizami” kitabında isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının vətənində qiymətləndirilməsi, məşhur “Xəmsə”sində baxılan ümumbəşəri ideyalar, ədəbi irsi və obrazının incəsənətin müxtəlif növlərinə aid əsərlərin yaradılmasında rolu qeyd olunur.

Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Məruzələrdə diqqətə çatdırılıb ki, Səadət xanımın tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədar olub. Müasir Azərbaycan alətşünaslığının əsasını qoyanlardan biri olan alim əsərlərində Azərbaycan ərazisində geniş istifadə olunan, sonralar isə sıradan çıxan çalğı alətlərinin bərpa edilməsi problemini qaldırıb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı çıxış edib.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər