{category-title}

Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

 

Oktyabrın 25-i Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vəfatı günüdür.

AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edən Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Müslüm Maqomayev dahi bəstəkar kimi təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də tanınır və sevilir: “Müslüm Maqomayevə musiqi duyumu ailəsindən gəlirdi. Dahi bəstəkarın babası Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan professional musiqisini yaratmış şəxsdir. Böyük müğənninin bariton səsi dünyada ən nadir səslərdən biridir. Biz çalışırıq ki, onun xatirəsini həmişə uca tutaq”.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin nümayəndələrinin olması çox sevindiricidir: “Biz ildə iki dəfə - avqust və oktyabr aylarında bəstəkarın məzarını ziyarət edirik. Amma musiqisevərlər onu hər zaman yada salır, ifalarından zövq alırlar. O, qəlblərdə yaşayır və daim yaşayacaq. Onun kimi dahi bəstəkarın sənət ucalığına çatmaq çox çətindir”.

Əməkdar mədəniyyət işçisi İldırım Qasımov vaxtilə Müslüm Maqomayev kimi dahi musiqiçi ilə Dövlət Ansamblında birgə çalışmağından fəxr duyduğunu deyib. Vurğulayıb ki, müğənni əbədi yaşayacaq bir sənət yadigar qoyub.

Qeyd edilib ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə, sözün əsl mənasında, Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edib. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub. Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Bütün xəbərlər