{category-title}

“Samir Şərifov bunları bilməli idi...” – Nazirin iradına iqtisadçıdan CAVAB

 “Mühafizəkarlıqları ilə seçilən beynəlxalq maliyyə qurumları ölkələrin kredit reytinqini konkret mərhələlər üzrə müəyyənləşdirirlər”.

Azərbaycanın maliyyə naziri Samir Şərifov “Standard & Poor’s”, “Moody’s” və Fitch kimi beynəlxalq reytinq agentliklərinin Azərbaycanın göstəricisini “BBB-“dən “BB+”-a endirməsinin səhv yanaşma olduğunu bildirib.

Maliyyə nazirinin beynəlxalq qurumlara yönəlik bu iradını Yenicag.az-a şərh edən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, nəzərdə tutulan qurumlar ölkələrin kredit reytinqini bəlli prinsiplər əsasında müəyyənləşdirirlər:

“Bu məsələdə naziri haradasa başa düşürəm. Çünki o, hazırda görülən işlərə – vergi və gömrük sahəsində həyata keçirilmiş dəyişikliklər, bank sisteminin sağlamlaşdırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar – əsasən, o fikirləri səsləndirib.

Ancaq bütün bunlar yeni görülmüş işlərdir və onları hələlik sadəcə, biz bilirik. Ona görə də hesab edirik ki, edilmiş dəyişikliklər avtomatik olaraq, Azərbaycanın kredit reytinqinə müsbət təsir göstərməlidir.

Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq reytinq agentlikləri belə qısa müddətdə qiymətləndirmə aparmırlar. Onlar daha mühafizəkar yanaşmaya üstünlük verirlər və qiymətləndirmə aparmaq üçün müəyyən dövrün keçməsini gözləyirlər. Bu mənada onları da başa düşmək olar.

Bu sadalananları nəzərə alsaq, nazir öz iradında tam haqlı deyil və qeyd olunan məqamları bilməli idi. Mən düşünmürəm ki, o, vurğulanan məqamlar haqqında məlumatsızdır.

Ona görə də hesab edirəm ki, nazirin bu iradı daha çox daxili auditoriyaya ünvanlanıb. Yəni baxın, biz bu qədər işlər görmüşük, ancaq beynəlxalq təşkilatlar buna qiymət vermirlər. Halbuki, ona da məlumdur ki, belə tez qiymət verilə bilməz.

Bununla belə hesab edirəm ki, həyata keçirilmiş dəyişikliklər qarşıdakı mərhələdə Azərbaycanın kredit reytinqinə müsbət təsir göstərəcək”.
www.yenicag.az
 

Son xəbərlər

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Bütün xəbərlər