{category-title}

"Bir neçə dəfə məktub ünvanlamışdım..." - GİLEY

 1993-cü ildə Cəbrayıl rayonu erməni faşistləri tərəfindən ələ keçirildikdən sonra, öz doğma yurd-yuvasından qaçqın düşən və ötən illər ərzində qeyri-adi bacarığı ilə “Yunan Roma Güləşi” üzrə Avropa çenpionu, üç dəfə Avropa üçüncüsü, bir dəfə dünya üzrə bürünc mükafatçısı, üç dəfə Azərbaycan çenpionu, hətta mərhum prezidentimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qranpili” turnirinin bürünc mükafatçısı olan Babaşov Xurşud Gəray oğlunun həyat və fəaliyyəti, əldə etdiyi bir çox uğurları haqda açıqlama dərc etməyi, onunla bağlı lazımi məlumatları hər kəsin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc bildik. 

Onu da bildirək ki, adı çəkilən bu şəxs keçirilən idman yarışlarında dəfələrlə Azərbaycan Respublikasının üçrəngli bayrağını yüksəkliklərə qaldırıb və erməni güləşçilərini məğlub edib. Əldə etdiyi uğurlarına görə, hətta Xurşud Babaşov bir neçə dəfə ölkə rəhbəri cənab İlham Əliyevlə görüşə bilib. Hal-hazırda o, Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustası” fəxri adına layiq görülüb və respublika yığma komandasının da üzvüdür.

Gənc çağlarında ikən ömür yollarına köçkünlük həyatı yazılan bu şəxs və ailə üzvləri, 1993-cü ildə, 1994-cü ilin bir neçə ayı ərzində İmişli rayonu ərazisindəki çadır şəhərciyində yaşamağa məcbur olurlar. 1994-cü ilin sonlarında isə, Babaşovlar ailəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bina-1, mən-33 ünvanında müvəqqəti məskunlaşırlar. Elə ki, onların məskunlaşdıqları ev sahibinin övladları böyüyür, o halda Xurşud Babaşovgilin 15 nəfərlik ailə üzvüləri reallığı görüb, məskunlaşdıqları mənzildən çıxırlar. Bu gün onların yaşamaq üçün mənzilləri yoxdur və belə bir səbəblər üzündən də, hal-hazırda Babaşovlar ailəsi Suraxanı rayonu ərazisindəki neft buruqlarının arasında, hansı ki, heç bir şəraiti olmayan yöndəmsiz bir yerdə yaşamaq məcburiyyətində qalıblar. Belə bir naliyyətlər əldə edən idmançının yaşadığı kiçik daxmada heç bir şəraitin olmaması, bu gün onun gələcək karyerasına ciddi zərbələr vurmaqdadır.

Bəli, bu gün o, 15 nəfərlik ailə üzvləri ilə birlikdə çətin durumda yaşayır və belə bir acınacaqlı durumdan xilas olmaq üçün, media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə müraciət edir. Adı çəkilən şəxs müraciətində bildirir: “Cənab Prezident! Mən bu gün xalqımı, dövlətimi varlığımdan da daha çox sevirəm. Həmişə çalışmışam və bundan sonra da çalışacağam ki, müstəqil Azərbaycanımızın adını daha uca zirvələrə qaldırım, üçrəngli bayrağımızın ən yüksək tribunalarda dalğalanmasına səbəb olum. Düzdür, bunlar mənim gələcək arzularımdır. Amma, bunları gələcəkdə həyata keçirmək üçün, bu gün lazımi şəraitim yoxdur. Ona görə də istərdim ki, indiyə kimi əldə etdiyim uğurlarımı nəzərə alıb, mənə lazım olan köməkliyinizi göstərəsiniz ki, gələcəkdə yeni-yeni uğurlarımı əldə edə bilim. Belə bir səbəblər üzündən də, bu yöndə xahişimi Sizə çatdırmağı özüm üçün borc bilirəm.

Cənab Prezident! Məlumat üçün Sizə onu da bildirim ki, Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən vaxtlarda, mənzilə olan ehtiyacımızın ödənilməsi ilə bağlı bir neçə dəfə məktub ünvanlamışdım. Təəssüflər olsun ki, yazdığım məktublara adı çəkilən qurumdan rəsmi cavablar əldə etsəm də, son anda mənzilə olan ehtiyacımız ödənilmədi. Belə bir halın varlığı bu gün həm mənim, həm də ailə üzvlərimizin çoxsaylı problemlərlə üz-üzə qalmasına səbəb olur. Düşünürəm ki, gələcəkdə yeni-yeni uğurlara qovuşmağım üçün, mənə lazımi şəraitin yaradılması məqsədilə aidiyyəti üzrə lazımi tapşırığınızı verəcəksiniz. Mən Sizin atacağınız müdrik addımlara inandığım üçün, media vasitəsilə belə bir müraciətimi dərc etdirmək qərarına gəldim.

Onu da qeyd edim ki, Siz Milli Olimpiya İdman Komitəsinin prezidenti olduğunuz vaxtdan Azərbaycan idmanı yeni bir mərhələyə qədəm qoydu. Buna da əsas səbəb, məhz Sizin idmançılara göstərdiyiniz diqqət və qayğının varlığı oldu. Belə bir diqqət qayğının varlığını hiss edən hər bir idmançıda yeni bir ruh əmələ gəldi ki, bu da hər kəsin gələcək karyerasına olduqca təsir etdi. Sevindirici hal odur ki, Azərbaycan imançılarına bəslənilən münasibət bu gün hər kəsin gözü önündədir. Bu yöndə atılan hər bir addım, məhz ölkəmizə yeni-yeni uğurlar gətirməyə imkan verir. Sözsüz ki, bu cür yanaşmaların varlığında Azərbaycan Respublikasının birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var. Mən də bir idmançı olaraq belə bir yanaşmaların varlığını görüb qürur hissi keçirirəm və gələcəyə olan ümidlərim birəbeş artır. Sözsüz ki, əldə etdiyimiz hər bir uğur müstəqil Azərbaycanımızın dünyada daha çox şan-şöhrət tapmasına və tanınmasına səbəb olur”.
GundemXeber.Az

"Bir neçə dəfə məktub ünvanlamışdım..." - GİLEY

 

"Bir neçə dəfə məktub ünvanlamışdım..." - GİLEY

 

"Bir neçə dəfə məktub ünvanlamışdım..." - GİLEY

 

Son xəbərlər

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Çempionlar Liqası: II təsnifat mərhələsində 5 oyun keçiriləcək

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Fələstinin tanınması oyunu – 78 ildir açılmayan düyün - ŞƏRH

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib

Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib

Sabahın hava proqnozu açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Rusiyada azərbaycanlı bloqer axtarışa verildi

Kəbirə xanım Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İxtisas seçimində kimlər iştirak edə BİLMƏYƏCƏK...

Qəbələdə itkin düşən şəxs tapılıb

Bütün xəbərlər